reklam
» » 4 saylı CÇM–nin rəisinin sərgüzəştləri... - İTTİHAM

reklam

4 saylı CÇM–nin rəisinin sərgüzəştləri... - İTTİHAM



Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin el arasında “Qadın kolonu” ki
mi tanınan 4 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) məhkumluq həyatı yaşayan məhbusların haqsızlığa, şiddətə məruz qalmaları, ən elementar hüquqlarının pozulması, kənardan edilən sifarişlərə əsasən incidilmələri barədə “Realmedia.az” saytında tənqidi məqalə dərc olunandan sonra türmə rəisi Elgiz İsmayilovun və müəssisənin digər vəzifəli şəxslərinin necə deyərlər, “kürkünə birə darışıb”.
Haqqında yazdığımız məhbuslardan həyatı təhlükədə, hər an cəza müddətinin artırılması ilə nəticələnəcək provakisiyaya çəkilmək ehtimalı olan Bənövşə Hüseynovanın yaxınlarından aldığımız məlumata görə, rəis və əlaltıları onu dilə tutmağa çalışırlar ki, Penitensiar Xidmətdən məxsusi olaraq bu məsələni araşdırmaq məqsədilə yaxın vaxtda CÇM – ə göndəriləcəyi gözlənilən nəzarət qrupunun suallarına rəisin istədiyi cavabları versin: Yəni, desin ki, türmə rəhbərliyi onu iradəsinə zidd olaraq arlarında intriqa olan qayınanası ilə görüşməyə məcbur etməyib, heç bir provakasiyaya çəkməyib. Bildirilir ki, Bənövşə xanımı razı salmaq üçün ona “diqqət” artırılıb, “qayğılı” münasibət göstərilir. Hətta onu “yuxarıdan” ezam olunacaq qrupun gözündən pərdə asmaq üçün kolonda fəaliyyət göstərən, heç də hər məhbusun imkanı daxilində olmayan (təbii ki, gəlirləri də Elgiz İsmailovun cibinə axan) qadın gözəllik salonunun xidmətindən pulsuz faydalanmağı tövsiyə ediblər.
Xatırladaq ki, məhkum Bənövşə Hüseynova həbsə düşəndən sonra əri və qaynanası məhkəmə yolu ilə uşaqlarına qəyyumluq hüququnun ərinə verilməsinə nail olublar. Bənövşənin məhkəmədə iştirakı təmin olunmayıb. Onu guya məhkəməyə gəlməkdən imtina etmiş kimi göstərib, məhkəmənin onun iştirak olmadan keçirilməsini məqbul və “ədalətli” sayıblar. Yəqin, başa düşüləndir ki, hər fürsətdə onu təhqir edən qaynanası ilə görüşdən imtina etməsi nəhayət etibarilə Bənövşənin uşaqlarının aqibəti ilə bağlı məhkəmədə iştirakdan imtinası kimi dəyərləndirilə bilməz. Buna baxmayaraq, CÇM rəhbərliyi onu qayınanası ilə görüşə çıxmağa məcbur edir. Bənövşənin və onun yaxınlarının fikrincə, CÇM rəhbərliyinin məqsədi onu aqressiv hala gətirərək provakasiyaya çəkmək, qayınanasına xəsarət yetirməsinə və ya xəsarət yetirməyə cəhd etməsinə nail olmaqdır. Bunun üçün münbit şərait də yaradılır. Məsələn, görüş möhkəm şəffaf plastik arakəsməsi olan otaqda deyil, görüş iştirakçılarının bir-birinə istədikləri vaxt əl qata biləcəkləri, yəni, təcrid olunmadıqları məkanda təşkil olunur. Masaya yumşaq plastik materialdan olan deyil, şüşə stəkanda su gətirilir. Qayınananın istəyi kimi təqdim olunsa da, Bənövşənin qarşısına, əlinin altına qoyulur.
Amma Elgiz bəy bu hazırlıq tədbirlərini görərkən bir çox məsələləri unudub. Məsələn, nəzərə almayıb ki, görüşə gələnlər adları ilə, görüşün baş tutduğu tarixlə qeydiyyat kitabına düşürlər, “Görüş otağı”nda baş verənlərin isə görüntüləri müşahidə kameralarında video-qeydə alınır. Üstəgəl, dərdli qadını nə qədər bəzəsən də, müşahidəli göz kədəri onun gözlərindən hiss edəcək. PX-nin təcrübəli nəzarətçiləri isə iti müşhidə qabiliyyətinə, psixoloqluq qabiliyyətinə malikdirlər.
RealMedia.az,
Ramin Məhəmmədoğlu


Paylaş:


Müəllif : Tarix:
13-09-2021, 11:22
  


loading...
Загрузка...