reklam
» » Siyəzən səhiyyə sistemi yoxdur - Orada bazar qaydaları hökm sürür - Video-müraciət

reklam

Siyəzən səhiyyə sistemi yoxdur - Orada bazar qaydaları hökm sürür - Video-müraciət

Artıq bir neçə dəfədir ki, Siyəzən rayon sakini Ruslan Quliyev Azinfo.tv-vasitəsi ilə dövlət başçısı və sair dövlət qurumlarına video müraciət edərək rayon səhiyyə sistemində analoqu olmayan saxtakarlıqlarla bağlı təcili tədbir görülməsini xahiş və tələb edir. Qeyd edilənlərlə bağlı Ruslan Quliyev yenidən video müraciət edərək Azinfo.tv vasitəsilə bunun ölkə ictimaiyyətinin diqqətinə çatdırılmasını xahiş edir.
Ruslan Quliyev Siyəzən rayon mərkəzi xəstəxanası və poliklinikasında baş verən və davamlı olan rüşvət, korrupsiya hallarından şikayət edir. Qeyd olunan qurumlarda baş həkim Dadaş Hümbətov və sabiq poliklinika müdiri Əhməd Quliyev və hazırda rayon səhiyyəsinin təsərrüfat müdiri vəzifəsində çalışan Nadir Əsədovun qanunsuz əməlləri barəsində maraqlı faktlar açıqlayır.
Ruslan Quliyev dövlət başçısı, baş prokuror və sair dövlət qurumlarından təcili şəkildə Siyəzən səhiyyəsinin maliyyə vəziyyətinin yoxlanılmasını həyata keçirilməsini istəyir. Vətəndaş əminliklə bildirir ki, yoxlama aparılacağı təqdirdə daha böyük mənimsəmə hallarına rast gəlinəcək.
Vətəndaş Ruslan Quliyevin video-müsahibəsini təqdim edirik. Sonda videonu paylaşmağı unutmayın YouTube kanalımıza abunə olmağı unutmayın.

Redaksiyadan:Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 

Elçin İsmayıllı //azinfo.tv//





Paylaş:


Müəllif : Tarix:
4-08-2021, 08:23
  


loading...
Загрузка...