reklam
» » İsmayıllıda dövlətin hesabına VARLANANLAR... KİMLƏRDİR?

reklam

İsmayıllıda dövlətin hesabına VARLANANLAR... KİMLƏRDİR?


Uzun illərdir ki, ölkə daxilində məhz ekologiya sahəsində aparılan islahatlar, inkişaf və sair şeylər barəsində o qədər boğazdan yuxarı sözlər eşitmişik ki, artıq bu kimi fikirləri dinləmək, hazırlayıb kütləvi şəkildə yaymaq kimi işlərdən sözün əsl mənasında adam iyrənir.Ekologiya Azərbaycan respublikası məmurlarının bir nömrəli gəlir mənbəyinə çevrilib.Bəli, bütün mənalarda.
Artıq bu sahədə baş verən qanunsuzluqlar o qədər geniş vüsət alıb ki,şəhərlərdə, rayon mərkəzlərində də ekoloji səfalətlə üzləşməmək olmur.Ekologiya və təbii sərvətlər nazirliyinin regional idarələri isə açıq şəkildə alverə girişiblər.Pulunu ver, istədiyini et.
İsmayıllı rayonunda Turan adlanan bu restoranda hazırkı mənzərə gözdən qaçası,gizlədiləsi bir şey deyil.Ağacların bunca budanaraq bu kimi tikilinin tikilməsi meşə haqqında, ekologiya haqqında qanunvericiliyin tələblərinə ziddir.Ancaq nə etməli, kişilər pul verib şərait yaradır.Ekologiya heç kimin vecinə deyil.Çünki vacib olan puldur.Video-sessiyanı izləyin və paylaşın.

Redaksiyadan:Yazıda adları çəkilən dövlət qurumlarının,sözü gedən obyekt sahiblərinin də fikirlərini dərc etməyə hazırıq.

Elçin İsmayıllı //azinfo.tv//





Paylaş:


Müəllif : Tarix:
28-07-2021, 09:37
  


loading...
Загрузка...