reklam
» » "Guya mənə 211 min dollarlıq mal göndərib" - Özbəkistandakı diaspor rəhbərinə İTTİHAM

reklam

"Guya mənə 211 min dollarlıq mal göndərib" - Özbəkistandakı diaspor rəhbərinə İTTİHAM



Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin idarə heyətinin sədri, Özbəkistandakı Azərbaycan diasporunun rəhbəri Mobil Məmmədov yarım milyon manatlıq dələduzluqda ittiham edilir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı Nərimanov Rayon Polis İdarəsinə araşdırma aparılır. Özbəkistan vətəndaşı Yeganə Orucova Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək iddia edib ki, M. Məmmədov Çexiyadan Özbəkistana qab-qacaq göndərmək adı ilə ondan 277 min dollar alaraq qaytarmayıb.

İddia ilə bağlı münasibət öyrənmək üçün Mobil Məmmədovla əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Y.Orucova 5 ildir ondan şikayət edir: “O vaxt Özbəkistanda şikayət etmişdi ki, guya mənə 211 min dollarlıq mal göndərib, mən də həmin malları gömrükdə tutdurmuşam. Daha sonra dedi ki, malları buraxdırıb satmışam. Yeganə Orucova mənim təsisçi olduğum şirkətlə müqavilə bağlayıb və mal göndərib. Siyahıda göstərilən mallardan daha artıq göndərmişdi. Əlavə malların da gömrük rüsumu ödənildi. O mallar Yeganə Orucovaya aid deyil, həmin şəxs karqo xidməti kimi vasitəçilik edir. Daha sonra gördü iddiaları sübuta keçmir, bunun ardınca əvvəlcə iddia etdi ki, mənə pul verib, sonra dedi qardaşıma verib. Araşdıranda məlum oldu ki, qardaşımı tanıyan başqa bir şəxsə verib. İndi də Nərimanov polisinə şikayət edib. Pulu harda, nə vaxt verdiyini izah və sübut edə bilmir. Onun dedikləri sadəcə boş sözlərdir”.

Xatırladaq ki, Yeganə Orucova 2018-ci ildə Azərbaycan gömrüyündən qızıl-zinət əşyaları keçirmək istəyərkən saxlanılan dəstə üzvlərindən biri olub. Onlar 240 qram çəkisi olan 14 ədəd brilyant dəstini və 4 ədəd mirvari boyunbağını “Bakı-Daşkənd” aviareysinin sərnişinləri ara­sında paylayaraq gömrük və sərhəd nəzarətindən gizlin şəkildə ölkə ərazisindən çıxarmağa cəhd göstəriblər. Üzərlərinə keçirilmiş baxış zamanı üstlərindən əlavə olaraq 493 qram daş-qaşlı qızıl zinət əşyaları, $4,735 min və 700 min Özbək somu aşkar olunaraq götürülüb.


Paylaş:


Müəllif : Tarix:
24-06-2021, 11:34
  


loading...
Загрузка...