reklam
» » "Space"in yeni rəhbəri ilə bağlı İLGİNC İDDİA... - "Elə iş şərəfsizlərə məxsusdur..."

reklam

"Space"in yeni rəhbəri ilə bağlı İLGİNC İDDİA... - "Elə iş şərəfsizlərə məxsusdur..."



Bu günlərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm”in çəkdiyi “Fulya” sənədli filmi haqda “Space” TV-nin aparıcısı Turan İbrahimovun yazdığı “Facebook” statusu böyük qalmaqal yaratdı. Sosial şəbəkə istifadəçiləri belə, iki qrupa ayrıldı bu məsələdə - Fulyanı dəstəkləyənlər, Turanın tərəfdarları. Məsələnin detallarını hamınız bilirsiniz deyə, geniş şərhə ehtiyac duymuruq. Keçirik əsas mətləbə. Bütün baş verənlər təsadüf idi, yoxsa...?

Əvvəlcədən qeyd edək ki, Vətən müharibəsi dövründə Azərbaycan müharibə ilə bağlı informasiyaların dünyaya çatdırılmasında mühüm rol oynayan "CNN-Türk" kanalının hərbi müxbiri Fulya Öztürk barədə sənədli film çəkiləcəyi barədə xəbər may ayının əvvəlində verilmişdi. Qeyd olunmuşdu ki, “Azərbaycanfilm” və “DADA Film Prodakşn”ın birgə istehsalı olan layihədə Fulyanın və kamera operatorunun çəkdiyi, yayımlanmamış 11 saatlıq video materiallardan istifadə ediləcək. Çəkilişlər İstanbul, “CNN Türk”də başlayacaq, daha sonra Gəncə, Tərtər, Bərdə, Füzulidə davam edərək, Şuşada yekunlaşacaq. Filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç elə o zaman bildirmişdi ki, filmin çəkilişlərinə iyun ayında start veriləcək.

Yəni Fulya Öztürk haqqında film çəkiləcəyi barədə xəbər yeni deyil. O zaman növbəti sual yaranır ki, film barəsində müzakirələri indi kim və ya kimlər gündəmə gətirdi? Məqsəd nə idi?

Dominant.az-a daxil olan mlumata görə, Turan İbrahimova bu barədə tənqidi status yazmaq işlədiyi kanala yeni təyin olunmuş direktoru Müşfiq Hətəmov tərəfindən sifariş edilib.
Adının çəkilməsini istəməyən mənbə onu da iddia edib ki, “Space”in efirində “Azərbaycanfilm”ə qarşı başqa təxribatlar da hazırlanır. Guya yaxın günlərdə “Space”in efirində Azərbaycan filmlərini kəskin tənqid edəcək yeni veriliş də yayımlanacaq. Bütün bunlar isə onunla əsaslandırılır ki, Müşfiq Hətəmovun vaxtilə rəhbərlik etdiyi “Azərbaycanfilm”dəki vəzifəsində uzaqlaşdırılmasında kinostudiyanın indiki komandasının rolu olub. Müşfiq Hətəmov da “Azərbaycanfilm”dən gedişinin intiqamını bu yolla çıxmaq istəyir.

İddialara aydınlıq gətirmək üçün Müşfiq Hətəmovun özü ilə əlaqə saxladıq. “Space”in rəhbəri səsləndirilən ittihamları qəbul etmədi, “elə iş şərəfsizlərə məxsusdur, mənlik deyil” – deyə qeyd etdi.

Xatırladaq ki, “Fulya” filmi Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin nəticələrinə əsasən, qalib elan edilmiş 11 layihədən biridir.


Paylaş:


Müəllif : Tarix:
21-06-2021, 10:30
  


loading...
Загрузка...