reklam
» » Sumqayıtın baş memarının MEMUAR YAZASI VAXTIDIR... - İLGİNC FAKTLAR

reklam

Sumqayıtın baş memarının MEMUAR YAZASI VAXTIDIR... - İLGİNC FAKTLAR

Müvafiq dövlət qurumlarının illik hesabatlarını təhlik etsək görərik ki, rayon icra hakimiyyətlərinin əksəriyyətinin fəaliyyəti Azərbaycanda dövlət-vətəndaş münasibətlərinin tamamilə zədələnməsinə və sosial narazılıqların siyasi etirazlar müstəvisinə daşınmasına yönəlib. Təsadüfi deyil ki, bir çox icra hakimiyyətlərinin sistemsiz, bərbad və antixalq fəaliyyəti zaman-zaman yerli medianın da əsas manşet mözvuzuna çevrilib.
Hazırda Azərbaycanda icra başçıları qədər xalqın qəzəb nöqtəsinin ortasına düşən ikinci bir məmur heyəti yoxdur. Ölkə mediasında Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə bağlı bu günə qədər minlərlə fakta, sübuta əsaslanan materiallar dərc olunub, bu icra sisteminin vəzifəli şəxslərinin qanunsuz əməlləri müxtəlif dəlillərlə icitmailəşdirilib, bir tərəfdə sürətlə yoxsullaşan Sumqayıt əhalisinin, digər tərəfdə isə, daha böyük sürətlə varlanan icra hakimiyyətinin vəzifəli şəxslərinin həyat tərzinə güzgü tutulub. Amma yırtıcı məmurlar özlərinin bu güzgüdə görmək istəmirlər, bir çox hallarda isə özlərini düzəltmək əvəzinə vurub güzgünü sındırırlar.
Məsələn, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri- Baş memar Adil Xudadatov kimi... Azərbaycanda rüşvətxor, imici zədələnmiş, fəaliyyəti pul altında “preslənən” məmur heyətinin tipik obrazı! Elə ən ciddi problemlərdən biri də budur: ölkədə çox yaxşı həkim, jurnalist, dülgər, müəllim və s. yetişdirə bilərik, amma heç vaxt çox yaxşı kadr yetişdirə bilmirik. Mənzərə belədir: xalqla dövlət arasında körpü rolunu oynamalı olan icra hakimiyyətlərinə təyin edilən vəzifəli şəxslərin bir çoxu milli mənəvi keyfiyyətlərdən uzaqdırlar. Onların hədəfləri də bəllidir: bütün fəaliyyət istiqamətlərini yalnız pul qazanmağa, mal-mülk sahib olmağa yönləndirmək. Sumqayıt Cənubi Qafqazın ən böyük sənaye şəhərlərindən biridir, orada 347 minə yaxın insan yaşayır, eyni zamanda dini-siyasi baxımdan Azərbaycanda ən həssas nöqtələrdən biridir. Adı bütün günü çayxanaların alış-veriş mövzusunun əsas predmetinə çevrilən, şəhər icra hakimiyyətini bazar piştaxtasına daşıyan, torpaq alveri ilə məşğul olan bir şəxsi belə bir həssas rayona hansı əsasla BAŞ MEMAR təyin ediblər? Bu adam nəyi qurub-yaradacaq? Puldan heykəlmi?
Adil Xudadatovun qulağına nəyi pıçıldamaq lazımdır...
Dövlətimiz və xalqımızı üçün ən böyük dəhşət də elə budur: əvəllər “Kamaz” sürücüsü işlədiyi deyilən A.Xudadatov indi rayonun əsas idarəçilik sükanlarından birinin arxasına keçib. Rul əlindədir! O, bir gün mütləq qəza edəcək, amma Allah bu qəzanın fəsadlarından onu yox, Sumqayıtı və onun əhalisini qorusun! A.Xudadatovu iş otağında tapanlara xüsusi mükafat vəd edənlər də var. Amma bu mükafat da heç kəsə qismət olmayacaq. Çünki o, səhərdən axşama qədər Novxanıda yerləşən “Dalğa” restoranında özü üçün xüsusi zövqlə hazırlanmış kabinetində oturub alış-verişlə məşğuldur. Torpaq satır, obyekt alır. Tikinti yox, rayonun söküntü üzrə baş memarına çevrilən A.Xudadatovun sərhədsiz addımlarının, vəzifə səlahiyyətlərini aşmasının bir zəmanət “açarı” da var və bir gün biz bunu onun qulağına pıçıldayacağıq. Özü çox yaxşı başa düşür. Əlqərəz, zəhmətlə, təmiz imiclə bu vəzifəyə təyin edilməyən adam başqa nə cür işləməlidir ki?
Qanunsuz əməllərini iş otağında yox, kənar hücrələrdə həyata keçirən A.Xudadatov Azərbaycan hüquq-mühafizə orqanlarının kameralarının gözündən yayındığını düşünür. Və bir gün bu adamın həbs edilən icra başçıları və onların müavinləri kimi xarici ölkələrdə otellləri, mənzilləri ortaya çıxacaq. Araşdırın, o, hansı qabiliyyətinə görə bu qədər sərvətə sahiblənib? Bahalı maşınlar, təm-təraqlı evlər, hektarlarla torpaq sahələri... Xalqın tapdanmış hüquqları üzərində özünə “məmur səltənəti” quran belələrinin fəaliyyəti həm dövlət orqanlarının, həm medianın, həm də ictimaiyyətin əsas nəzər nöqtələrindən biri olmalıdır.
Qarabağın bərpası və məmur yalanı...
Qarabağın dirçəldilməsi, orada təhlükəsiz həyat şəratinin qurulması üçün Prezident İlham Əliyev bütün zəruri addımları atmaqdadır. Hazırda işğaldan azad edilən ərazilərdə sürətlə bərpa işləri həyata keçirilir. Amma müharibə vaxtı öz yaxınlarını döyüşdən yayındıran A.Xudadatov kimilər müharibədən sonra da öz mənfur əməllərini davam etdirməkdədirlər. İş adamlarından “Qarabağın bərpasına yuxarıdan pul istəyirlər” bəhanəsi ilə pul yığan bu adamın məqsədi dövlətin nəcib addımlarına kölgə salmaqdır. Adil Xudadatov, əgər daha da varlanmaq istəyirsənsə, bunun üçün dövlət başçısının adından istifadə etmək, minlərlə insanın tökülən qanı hesabına azad etdiyimiz Qarabağı hədəf seçmək məmur və vətəndaş əxlaqına sığırmı?
Düşünürük ki, ən yuxarı instansiyalar ölkədə aparılan islahatlar fonunda A.Xudadatovun fəaliyyətini təftiş etməlidir. Ölkədə ciddi kadr islahatları aparılır, məhz belə bir şəraitdə xalqla dövlət arasında dərin çat yaradan belələri vəzifəsindən dərhal alınmalıdır.
Azsiyasət.com



Paylaş:


Müəllif : Tarix:
16-06-2021, 10:00
  


loading...
Загрузка...