reklam
» » Fərhad Əhmədovun qardaşı oğlu “Aznarı” darmadağın edir - İLGİNC FAKTLAR

reklam

Fərhad Əhmədovun qardaşı oğlu “Aznarı” darmadağın edir - İLGİNC FAKTLAR



“Fərhad Əhmədovu Azərbaycanda yaxşı tanıyırlar. O, özünə xeyriyyəçi və mesenat adını birdən-birə qazanmayıb. O, koronavirusa qarşı mübarizə fonduna 1 milyon manat vəsait, İkinci Qarabağ müharibəsi zamanı daha 1 milyon manat ianə etmişdir. Göyçay camaatı onun həmişə kasıba əl uzadan olduğunu, ona müraciət edənlərin qapıdan əliboş qaytarmayan birisi olduğunu deyirlər.
Lakin bütün bu xeyirxah əməllərin üzərindən və Fərhad Əhmədovun pozitiv reputasiyasının üzərində yağlı qara xətt çəkən bir şəxs var. Bu, Fərhad Əhmədovun qardaşı oğlu Teymur Əhmədovdur; Oliqarx və qudurğan Teymur Əhmədov.
Bu sözlər Müstəqil.az-a ünvanlanan şikayət dolu məqalədə deyilir. Redaksiyamıza göndərilən və sizlərin indi oxuyacağınız bir qrup adamın ünvanladığ məktubda çox mətləblərə işıq tutulur, çox qaranlıqların aydın olduğu görünür. Məqaləni olduğu kimin yayınlayuırıq:
Teymur Əhmədov babasının adına ləkə gətirməkdən başqa heç nə ilə yadda qalmır

Heç kəsə sirr deyil ki, Fərhad Əhmədovun nəhəng biznes imperiyasının bir qulpu da Azərbaycandadır. Bu Göyçayda yerləşən “Aznar” zavodudur. “Aznar” zavodunun baş direktoru isə Fərhad Əhmədovun qardaşı oğlu Teymur Əhmədovdur. Teymur Əhmədov babasının adını daşısa da, onun adına ləkə gətirməkdən başqa heç nə ilə yadda qalmır.




Teymur Əhmədovun 30 yaşı var və onu tanıyanlardan heç kəs onun barəsində bir xoş söz demir. Kasıbın payını kəsən, fəhləni səbəbsiz yerə söyən, maaşları azaldan, istehsalatdakı fəhlələri sutkada 20 saat işlədən, sonra isə haqqlarını verməyən kimi tanınır.

O işçilərin maaşlarını kəsərək, həmin pulları öz kefinə xərcləyir. Maaşları ödəməyən şəxs dəbdəbəli məclislər qurduqda, işçilərdə qıccıq yaradır.
Həmin Teymurdan şikayətçi bir qrup işçi isə Vergilər Nazirliyinə, Dövlət Əmək Müfəttişliyinə və Korrupsiyaya qarşı mübarizə idarəsinə ərizə ilə müraciət edib.


Səbəb isə Teymurun işçilər ilə pis rəftar etməsi, əmisinin şirkətini yerlə-yeksan etməsi, vergidən və digər ödənişlərdən yayınmaq məqsədi ilə rəsmi maaşların azaldılması, qara kassanın yaradılması, satışları “qara kassa” vasitəsi ilə aparması və bu kimi hərəkətlər olub.
Teymur Bakıda Aznar-ın idarəçiliyi altında və Aznar-ın məhsullarını satması ilə məşğul olan Grante Trading filialını yaradıb. İlk vaxtlar Grante Trading-də işlər yaxşı getməsinə baxmayaraq, o, Aznarda və filialda idarəçilik prinsiplərini dəyişməyə başladı. Pul axınlarına nəzarət etmək üçün o, Aznar-a uşaqlıq dostları olan Bağırlı Soltanı, filiala isə Ələkbərov Anar Azər oğlunu təyin etdi.


Teymurun “Təndir-məndir” restoranlar şəbəkəsi
Bu üç şəxs Aznar-ı və filialı demək olar ki, talayıblar. Xüsusi ilə də Anar və Teymur tandemi.
Faktiki olaraq hal-hazırda Aznar-ın filialı Anar Ələkbərov tərəfindən, zavod isə Soltan Bağırlı tərəfindən idarə edilir. Teymurun isə zavodu idarə etməyə vaxtı yoxdur. O əldə etdiyi pulları müxtəlif əmlaka və özünə məxsus “Təndir-məndir” restoranlar şəbəkəsinə yatırmaqla məşğuldur. İşçilər ilə problem yaşananda, onlar maaş tələb etdikdə isə o Rövlan adlı şəxsi öz adından danışıqlara göndərir. Rövlan hər dəfə işçilər ilə görüşüb yalan vədlər verir ki, sabaha maaşlar ödəniləcək, sonradan isə telefon zənglərinə cavab vermir.


Məhz bu kvartetin səriştəsiz işidir ki, zavod və filial demək olar ki, müflis vəziyyətdədir
Pandemiya dövründə qida məhsullarının satışı ilə məşğul olan şirkətlərə işləməyə icazə verilmişdi və bir çoxları bundan və vergi güzəştlərindən istifadə edərək hətta gəlirlərini artırmışdılar. Lakin Anar filialın idarəçiliyini əlinə alan kimi filialın bütün işçilərinə ərizə yazdıraraq onların rəsmi maaşlarını ikiqat azaltdı, işçilərə dedi ki, maaşların yarısını kartlarına köçerəcək, qalan hissəsini isə nağd alacaqlar.
Bununda belə o vergilərin və dsmf ödənişlərinin ödənilməsindən yayıldı.

Daha sonra isə o malların satışını nağd “qara kassa” üzərindən aparılmasına keçdi. Aznardan filiala gələn malın tam olmasa, bir çox hissəsi rəsmi gəlirdi, lakin filial heç nəyə baxmayaraq bütün satışları “qara kassa” vasitəsi ilə edir. Rəsmi olaraq anbarda mal var, faktiki isə yoxdur. Mallar dəyər dəyməzə satılır. Aznarın istehsal etdiyi şirə əvvəl rəflərdə 2.40 manata satılrdısa, indi məhlə marketlərində 90 qəpiyə satılır. Pullar isə Anarın və Teymurun cibinə axır.
Bundan başqa qeyd edək ki, satışlar pis getməsə də, filialın 70-ə yaxın işçisi müxtəlif bəhanələr ilə işdən qovuldu. Bir hissəsinin başları aldadılıb əmək müqavilələrinin müddəti 1 ayadək azaldıldı, bir qisminə vədlər verildi ki, ərizənizi yazın, yazan kimi bütün maaş borcları (rəsmi və qeyri-rəsmi, kompensasiya və satışdan faizlər) ödəniləcək, lakin bu da baş vermədi.

70 işçinin işsiz qoyması nə dərəcədə doğrudur?
Hazırda həmin işçilərin müraciət etmədiyi qurum qalmayıb. Hətta onlar Aznar-ın ofisində piket keçiriblər və Anar Ələkbərov ilə də görüşüblər. Anar isə onlara deyib ki, şirkət müflis olub. Fərhad Əhmədov kimi imkanlı şəxsin şirkəti müflis ola bilərmi? Anar kimi şəxsin bu ifadənin işlədilməsi Fərhad Əhmədovun adına qara ləkədir. Indi isə Anar ofisi də bağlayıb və gözə görsənmir.


Pandemiya dövründə işləməsinə icazə verilmiş müəssisədə 70 işçinin işsiz qoyması nə dərəcədə doğrudur? İşçilər tərəfindən dövlət əmək müfəttişliyinə edilən şikayət cavabsız qalıb, indi həmin işçilərin yeganə ümid yeri Korrupsiyaya qarşı mübarizə idarəsi və Vergilər Nazirliyidir. Onlar istəyirlər ki, mənimsəmə, maaş azalma, vergidən yayınma faktları araşdırılsın, maaşların verilməsi təmin edilsin.

Fərhad Əhmədovun Teymurun bu hərəkətlərindən xəbəri yoxdur
Həmin işçilər Teymur Əhmədovla bir neçə dəfə görüşüblər, lakin hər zaman onun verdiyi vədlər yalan çıxıb. Maaş borcları artıq 7 ayı ötür. Həmin işçilrin satışdan əldə edəcəkləri 1-3% nisbətində bonuslar isə Teymur tərəfindən tanınmır.

İşçilər deyir ki, Fərhad Əhmədovun Teymurun bu hərəkətlərindən xəbəri yoxdur, xəbəri olsa maaşları da ödəyərdi, vergidən də yayılmazdı, qara satışların və qara kassanın olmasına icazə verməzdi. Fərhad Əhmədov milyonlarla pul yatırdığı Aznar-a nəzarət etmir? Və ya “əmisinin gül balasının” xətri bu qədər əzizdir?


Bütün bunlara baxmayaraq Teymur Əhmədov dəbdəbəli həyat tərzi sürür. O hər gün restoranlarda dostları ilə kef məclisləri qurur, axşamlar isə sərxoş vəziyyətdə küçələrin canına düşür. 2 həftə öncə Bakıda öz bahalı Porşe markalı avtomobili ilə qəza keçirdi.

Avtomobildə olan Teymur və dostu, və eləcə də 2 cavan qız sərxoş vəziyyətdə idilər. Necə sərxoş olubsa adam Porşe-ni aşırda bilib. Saytlarda bu barədə məlumat gedən kimi isə dərhal onu pozdurub.

P.S .Qarşı tərəfin cavab haqqı var


Paylaş:


Müəllif : Tarix:
16-06-2021, 09:30
  


loading...
Загрузка...