reklam
» » Hacıqabul İcra Hakimiyyətindən təhsil müəssisələrinə İLGİNC ƏMR - "Təbrik mətnini bəyənin və paylaşın"

reklam

Hacıqabul İcra Hakimiyyətindən təhsil müəssisələrinə İLGİNC ƏMR - "Təbrik mətnini bəyənin və paylaşın"



Hacıqabul Rayon İcra Hakimiyyətinin rəsmi saytında icra başçısı Rüstəm Xəlilovun tam orta təhsil üzrə məktəbi bitirən məzunlara çatdırdığı təbrik mətni paylaşılıb.

Cebhe.info-ya daxil olan məlumata görə, daha sonra Hacıqabul Rayon İcra Hakimiyyəti həmin linkin paylaşılması və bəyənilməsi ilə bağlı tapşırıq verib.

Belə ki, təbrik linki icra hakimiyyəti tərəfindən təhsil müəssisələrinə göndərilib. Daha sonra təhsil müəssisələrinə həmin təbrik mətninin linkini bəyənmək və paylaşmaqla bağlı mesaj gəlib. Bu da bir çox təhsil müəssisəsi rəhbərliyinin və işçi heyətinin narazılığına səbəb olub. Bildirilib ki, bununla bağlı xüsusi tapşırığın olması yolverilməzdir.

Mesajda qeyd edilib:

"Rayonun bütün təhsil müəssisələrinə!

Rayon İcra Hakimiyyəti başçısının məzunlara təbrik və arzuları barədə paylaşım linki sizə göndərilir. Həmin məlumatın tərəfinizdən bəyənilməsi və hər bir təhsil müəssisəsinin "Facebook" səhifəsində paylaşması xahiş olunur".



Paylaş:


Müəllif : Tarix:
15-06-2021, 18:16
  


loading...
Загрузка...