reklam
» » İnternet yoxdursa, onlayn təhsil necə olsun? - GİLEY

reklam

İnternet yoxdursa, onlayn təhsil necə olsun? - GİLEY

Mingəçevir şəhər, Bozdağ küçəsi 16 saylı döngədə yaşayan sakinlərin telefon xəttinin olmaması onları internet problem ilə üz-üzə qoyub.

Şikayətçilər “Gözətçi”yə bildiriblər ki, burada məskunlaşan şəxslərin çoxu gənc ailələrdir. Onların məktəbli uşaqları online təhsildən kənarda qalmamaq üçün bir müddət mobil internetlərdən istifadə ediblər. Ancaq internet paketlərinin qiymətinin baha olması, məktəbliləri təhsildən kənarda qalmağa məcbur edib.

Sakinlər deyir ki, şikayətləri ilə bağlı dəfələrlə Mingəçevir Telekomunikasiya qovşağı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə mürəciət etsələr də, problemləri ilə bağlı heç bir addım atılmayıb.

Telekomunikasiya qovşağından isə Nazirliyin telefon xətti çəkmək üçün vəsaitinin olmadığı bildirilib.




Paylaş:


Müəllif : Tarix:
11-06-2021, 10:09
  


loading...
Загрузка...