reklam
» » Əli Həsənovla bağlı HÜQUQİ QƏRAR VERİLƏCƏKMİ? - NARAZILIQ!

reklam

Əli Həsənovla bağlı HÜQUQİ QƏRAR VERİLƏCƏKMİ? - NARAZILIQ!


"Prezidentin keçmiş köməkçisi Əli Həsənovun “ictimai-siyasi”, “media” qılıncı”nın dalının da, qabağının da kəsdiyi “ çağlarda vəzifəsindən sui-istifadə edərək Qarabağ qazilərinin icarələrinə götürmək istədikləri Nərimanov heykəlinin yanından “İçərişəhər” metrostansiyasına düşən “40 pilləkən” kompleksinin başındakı zibilliyi “40 pillə” kafesinə çevirməsi özbaşınalığından, biznesindən çox yazılıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: " “Əlillərin sosial müdafiəsi haqqında” 25.08.1992-ci il tarixli qanunun 30-cu maddəsinə əsasən , qeyri-yaşayış otaqlarını vermək və xammal ilə təmin etmək yolu ilə əlillərin evdə əməyini və sahibkarlıq fəaliyyətini təşkil etməyə borclu olan icra hakimiyyətləri, nədənsə, vəzifə borclarını əlillərin əmlak, sahibkarlıq hüquqlarını ələ keçirməklə icra etməkdə ustalaşıblar. Elə Səbail RİH də 12 il öncə əlillərin müraciətinə hüquq şöbəsinin müdiri Hafiz Aberkarovun imzası ilə rədd cavabı verib ki, Bayıldakı sürüşmə ilə əlaqədar Səbaildəki “40 pilləkən kompleksi”nin başındakı zibilxananı qazilərin dərman, çörək köşkünə çevirmək mümkünsüzdür . Heç demə, “ öskürəyin qulunca təsiri varmış”. Qarabağ qaziləri on illərlə məhkəmə qapılarında, hüquq mühafizə orqanlarının sorğulamalarında Səbail RİH-in saxta “kupçası” ilə çörək-dərman “çəkişməsində” , 5 il sonra 2015-ci ildə birdən-birə BŞİH-in Mənzil Kommunal Departamenti məktubla bildirir ki, zibilxana Cəfərov Məmməd Hüseyn oğlunun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınıb! (?) Bəs axı, indiyədək Səbail RİH məhkəməyə də başqa (hüquqi) şəxsin adına “kupça” verir (?) və bildirirdi ki, Bayıldakı sürüşmənin təsirindən pilləkən uçmaq üzrədir! (?) Heç demə, ƏMDK-nın (eks-sədr müavini Rafiq Cəlilov) “dövlət müəssisəsi” yeməkxana kimi fəaliyyət göstərdiyi zibilxananı dövlət məmuru, Prezidentin köməkçisi ələ keçirib kafeyə çevirəndə “Bayıldakı sürüşmənin “40 pilləkən”ə “yazığı gəlirmiş”, qazilərə verilərsə, uçuracağı sübuta ehtiyacı olmayan aksioma imiş! Prezidentin keçmiş köməkçisi Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Qarabağ qazilərinin on illərdir istədikləri yeri MTRŞ-yə üzv etdirdiyi dayısı oğlunun adına ələ keçirməsi, belə çıxır, qazilərin həyatlarının sığortası adına edilib. “Malades” belə “ictimai-siyasi xidmətə”!

Əli Həsənov bu gün də qazilərin sağlamlığını “düşünür”, ona görə də, Səbail prokurorluğuna vəzifədə olan əlaltıları (bunlardan biri də elə Səbail prokurorunun özüdür!) ilə təzyiq edərək, araşdırma aparılmasına imkan vermir. Təsəvvür edin, Səbail RİH indi də bildirir ki , həmin sahə Əli Həsənovun dayısı oğlunun adına qeydə alınıb, amma İqtisadiyyat Nazirliyinin yanına verilən ƏMDX-nın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti rəsmi qaydada bildirib ki, həmin sahə heç kəsin adına qeydiyyata alınmayıb. Bu isə çoxsaylı -50-yə yaxın (!) məhkəmə proseslərinin də Əli Həsənovun göstərişi ilə saxtalaşdırıldığını, ümumiyyətlə, araşdırılıb baxılmadığını ortaya qoyur. Qanunsuzluğun, özbaşınalığın “böyüklüyü” baş prokurorluğun işə qarışmasını zəruri edir. Di gəl, 8 ay qabaq Bakı şəhər prokurorluğu Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə hüquqi qiymət veriləcəyini bildirsə də, heç rayon prokurorluğu səviyyəsində də araşdırma aparılmır.

18 noyabr 2020-ci ildə Səbail rayon polis idarəsindən bölmə rəisi Çinar Nuriyev Qarabağ qazisini istintaqa hörmətsizlikdə suçlayıb ki, çağırışa gəlmir. Elə həmin gün idarəyə gedən zərərçəkənə müstəntiq Fərid Soltanlı bildirib ki, indi Qaradağa türməyə gedir, 2 günə zəng edib qaziyə hüquqi yardım ediləcək. 2 gün 7 ay olub, amma vətəndaşın adi izahatını da almayıblar. Əlbəttə, Əli Həsənovdan izahat almaq hansısa tədqiqatçının, müstəntiqin işi deyil. Bu “yekəlikdə” korrupsioneri danışdırmaq “yekə” hüquq orqanlarının işidir . Qazilərin 7 aylıq şikayətləri iki gün öncə Milli Məclisdən Bakı şəhər prokurorluğuna göndərilib və sonuncu 0124982133 nömrəsindən zəng edərək 8 ay qabaqkı sözünü təkrarlayıb :”ƏLİ HƏSƏNOVUN VƏZİFƏ SƏLAHİYYƏTLƏRİNDƏN SUİ-İSTİFADƏ ETMƏSİNƏ HÜQUQİ QİYMƏT VERİLƏCƏK!“"


Paylaş:


Müəllif : Tarix:
8-06-2021, 10:26
  


loading...
Загрузка...