reklam
» » Yeni nazir buralara əl gəzdirəcəkmi? - İDDİA

reklam

Yeni nazir buralara əl gəzdirəcəkmi? - İDDİA


İnşallah 7 aydan sonra, yəni 2021-ci ilin 18 oktyabrında müstəqil Azərbaycan dövlətinin 30 yaşı tamam olacaq.
Bu 30 ilin 17 ilini Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev olub. Bir neçə gün əvvəl cənab Prezident onu vəzifədən azad etdi.
Təsəvvür edirsiniz, 30 ilin yarıdan çoxunu təsadüfi bir adam nazir olub, özü də səhiyyə naziri. Bu özü çox şey deyir.
Bu illər ərzində peşəkar həkimlər, tibb işçiləri sabiq nazir Əli İnsanovun və Oqtay Şirəliyevin “sayəsində “ səhiyyə sistemidən uzaqlaşdırılıb. Və onları Sara xanım kimiləri əvəz edib.
Söhbət Səhiyyə nazirliyinin tabeçiliyində olan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənovadan gedir.
Epidemiologiya deyəndə hamının ağlına dezinfeksiya-fian gəlir. Hətta el arasında zarafatla, rayonlarda bu quruma “siçan-pişik” idarəsi də deyilirdi.
Amma bu mərkəzin səlahiyyətləri çox genişdir. Sara xanım ölkədən ixrac olunan, idxal olunan məhsullara, tikinti materiallarına qədər hər şeyə nəzarət edir. Yəni bazarı çox genişdir. Sara Həsənova müxtəlif çeşidli içkilərə də nəzarət edir.
Sara Həsənova bu vəzifəsindən əvvəl Respublika Sanitariya-Karantin Müfəttişliyinin rəisi olub.
Sara xanım sabiq nazir Oqtay Şirəliyevin sevimlisi olub.
Bir neçə gün öncə Oqtay Şirəliyevin nazir vəzifəsindən çıxarılması Sara Həsənovanın əməlli-başlı kefinə soğan doğrayıb, onu depressiyaya salıb.
Görəsən Sara xanım, niyə depressiyaya düşüb ?
Daxil olan məlumatlara görə, səhiyyə nazirini əvəz edən Teymur Musayev Sara xanıma bildirib ki, içki söhbətini yığışdır...
Sara xanım isə bütün günü Aygün Kazımovanın “ Depressiyondayım..” mahnısı qoyub xəyalara dalır.
Növbəti yazıda Sara xanımın digər xobbilər barədə yazacağıq.
Bizi izləyin. //gundelik-baku.com//


Paylaş:


Müəllif : Tarix:
3-05-2021, 08:32
  


loading...
Загрузка...