reklam
» » SABİQ NAZİR ƏLİLLİK TƏYİNATINI NECƏ BİZNESƏ ÇEVİRİB? - İqtisadçı maraqlı detalları açıqladı

reklam

SABİQ NAZİR ƏLİLLİK TƏYİNATINI NECƏ BİZNESƏ ÇEVİRİB? - İqtisadçı maraqlı detalları açıqladı

Tanınmış iqtisadçı Qubad İbadoğlu, hazırda həbsdə olan, sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun vəzifə başında olduğu illərdə əllik təyinatının gəlir mənbəyinə çevrildiyi sübut edən cədvəl paylaşıb. Xatırladaq ki, S.Müslümov 22 oktyabr 2013-cü ildən 21 aprel 2018-ci ilədək Əmək və əhalinin sosial müdafiəsi naziri olub.
Q. İbadoğlunun təqdim etdiyi həmin illəri əhatə edən cədvəldə hər 10000 nəfərə düşən ilkin əlil təyinatı alanların sayında dəyişikliyin müsbət trendi diqqət çəkir.
İqtisadçı qeyd edir ki, Müslümovun nazir olduğu dövrdə əlillərin sayında əhəmiyyətli artım baş verib: "Əlillik dərəcəsi alanların hamısı dövlətin sosial müdafiə proqramından yararlanıb, onlara ya pensiya, ya da müavinət verilib.
Məsələ burasındadır ki, əlilliyi olmayanların əlillik dərəcəsi alıb, əlilliyi olanlar isə əlillik dərəcəsi almaqda çətinliklərlə qarşılaşıb, onlar həmin dövrdə bu hüquqdan istifadə edib, sosial müdafiə proqramlarından yararlana bilməyib. Hazırda bu səbəbdən bütün əlillər yenidən, özü də 3-4 pilləli yoxlanışlardan keçirilir və bu dövrdə onlara ödənişlər dayandırılır".

Q. İbadoğlu bildirir ki, yenidən yoxlama və əlillik dərəcəsi təyinatının verilməsi aylarla çəkir:"Əmək və əhalinin sosial müdafiəsi naziri bildirib ki, "2021-ci ilin I rübünün nəticələrinə əsasən, əlillik müddətinin uzadılmasına dair təkrar müraciətlərə baxıldığı zaman aşkar olunub ki, bu kateqoriyadan olan şəxslərin təqribən 30 faizinin əlilliyi əsassızdır. Ona görə də qarşıda duran əsas prinsip saxta və əsassız təyinatların aşkar edilərək ləğv olunmasıdır”.
Qubad İbadoğlu sual edir ki, heç kəs cəzalanmadan saxta əlillik ləğv edilir, onlara ödənilən pullar geri qaytarılır, bəs gerçək əlillərə necə əlillik dərəcəsi düzgün verilirmi?
"Əlilliyinin yoxlanılması dövründə gerçəkdən əlil olanların itirdikləri pensiya və ya müvainətlərin ödənişi dayandırılır. Pensiyası və müavinəti kəsilən gerçəkdən əlil olanlar bu dövrdə nəylə dolanmalıdır? Bu barədə düşünən varmı?",-deyə iqtisadçı vurğulayıb.


Paylaş:


Müəllif : Tarix:
1-05-2021, 21:47
  


loading...
Загрузка...