Pensiya adı ilə 480 min manatı mənimsəyən vəzifəli şəxslərdən XƏBƏR VAR

Sosial təminat sahəsində vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hallara qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilməkdədir.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, tədbirlərin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə daxil olmuş materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla müəyyən edilmişdir ki, DSMF-nin Qusar rayon şöbəsində vəfat etmiş və digər səbəblərə görə kart hesabları bağlanılmamış pensiyaçıların, habelə, əvvəlki dövrlərdə ailə başçısını itirmə növünə görə təyin olunmuş pensiya işləri üzrə ödəniş müddəti bitmiş vətəndaşların, eləcə də yaşlı və xəstə olmaları səbəbindən pensiyalarını bankomat vasitəsi ilə nağdlaşdıra bilməyən cəmi 47 vətəndaşın plastik kartlarına əsassız olaraq ümumilikdə 480 min manat pul vəsaiti köçürülərək ələ keçirilib.
Toplanmış sübutlarla cinayət hadisəsinin baş verdiyi dövrdə DSMF-nin Qusar rayon şöbəsinin müdirləri işləmiş Arif Tahirov və Azər Cəbrayılov, həmin şöbənin Mühasibat uçotu sektorunun müdiri vəzifəsində işləmiş Mətanət Əhmədova, habelə Qusar rayonu, Gündüzqala Poçt şöbəsinin müdiri vəzifəsində işləmiş Nasir Abdullayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində polisin nəzarəti altına vermə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İstintaq zamanı vurulmuş ziyanın 268 min manat məbləğində olan hissəsinin ödənilməsi təmin edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-01-2021, 14:38
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-01-2021, 14:38
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 22:08
Dünən, 12:59
Dünən, 12:55
5-03-2021, 20:37
5-03-2021, 17:22
5-03-2021, 16:49
5-03-2021, 16:20
5-03-2021, 14:22
5-03-2021, 14:16
5-03-2021, 10:35
5-03-2021, 10:34

Məşhur pəhləvan qardaşlara cəza verildi, birini infarkt vurdu - Əxlaqsızlıq yuvası işlədirdilər

Ermənistanın Səhiyyə naziri də Laçından rahatca keçib Araiklə görüşdü... - BİZ İSƏ SUSURUQ...

"Zaminbank"ın həbs edilən sədri ilə "Şərurlu İsfəndiyar"ın qalmaqalı, nazirlərlə görüş - Sensasion məhkəmə işi

“Deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil” - Elmar Vəliyevə nə olub?

Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyi 5 - mart Bədən Tərbiyəsi və İdman günü münasibətilə görüş keçirib

YAP-ın RƏHBƏRLİYİNDƏN KƏNARLAŞDIRILANLAR... - Mehdiyev, Həsənov, Abutalıbov... + TAM SİYAHI (Yenilənir)

YAP-ın QURULTAYI BAŞA ÇATDI - Siyasi Şura ləğv edildi, İdarə Heyətinin tərkibi dəyişdi... + FOTOLAR (Yenilənir)

Qəbiristanlıq satılıb, qəbirlərin üstündə ev tikintisinə hazırlıq gedir - Balaxanıda özbaşınalıq

YAP-ın yeni Nizamnaməsi qəbul edilib - Siyasi Şura ləğv olunub, Veteranlar Şurası yaradılıb

“Prezident Aparatından bir nəfər zəng edib mənə başsağlığı vermədi...” - Oğlu şəhid olan xalq artisti