reklam
» » "Azəriqaz" Gəncədə belə iş görürmüş... - NARAZILIQ!

reklam

"Azəriqaz" Gəncədə belə iş görürmüş... - NARAZILIQ!


Gəncənin Məmməd Tağı küçəsində yaşayan sakinlərdən Moderator.az-a məktub daxil olub.

Sakinlər göndərdikləri foto və videosübutlarla şikayət edirlər ki, bu günədək onlara qaz xətti çəkilməyib, amma ötən ilin dekabrında qaz xətti çəkiblər. Bəla burasındadır ki, həmin xəttin çəkilişində tikinti materialları bazarındakı istismar müddəti başa çatmış, çox hissəsi korroziyaya uğramış yararsız "metallom" materiallarından istifadə olunub.

Bu azmış kimi bəzi yerlərdə hətta 50-60 metr uzunluğunda olan qaz xətlərinə dayaq vurmağı "unudub"lar, sadəcə evlərin divarlarına dəmirlə bərkitməklə işlərini bitmiş hesab ediblər...

Sakinlər əmindirlər ki, baş verənlərdən "Azəriqaz" rəhbərliyinin xəbəri yoxdur. Ona görə də xahiş edirlər ki, problemi ictimailəşdirək və bu işin günahkarları cəzalandırılsın.







Paylaş:


Müəllif : Tarix:
22-01-2021, 10:02
  


loading...
Загрузка...