reklam
» » Dərslər bu ayda YEKUNLAŞA BİLƏR - AÇIQLAMA

reklam

Dərslər bu ayda YEKUNLAŞA BİLƏR - AÇIQLAMA



Məlumdur ki, ölkəmizdə pandemiya səbəbindən tədris prosesi onlayn qaydada reallaşdırılır. Bu, bir çox çətinlik yaratmaqla yanaşı, təhsil prosesini ləngidir. Artıq vaksinasiyanın bu ay başlanılacağını nəzərə alsaq, dərslərin necə davam edəcəyi məsələsi gündəmə gəlir. Bu barədə bəzi şayiələrin də yayılmasına şahid oluruq.

Bununla bağlı təhsil eksperti Kamran Əsədov danışıb.

Ekspert tətil və qeyri-iş günlərində də dərslərin keçilməsi barədə düşünüldüyünü, hətta tədris ilinin başa çatmasının biraz yubadılacağını açıqlayıb:

"Tətillərdə dərslərin keçirilməsi şagirdlərdə narahatlıq yarada bilər. Buna baxmayaraq, hesab edirəm ki, heç bir şagird dərs ilinin uzadılmasına etiraz etməyəcək. Çünki uzun müddətdir ki, şagirdlər tədris prosesindən kənarda qalıbar və əldə etməli olduqları biliklərin böyük əksəriyyətindən məhrum olublar.

Düşünürəm ki, Azərbaycanda Nazirlər Kabineti bununla bağlı qərar verəcək və dərs ili iyulun əvvəlinədək davam edəcək. Hətta növbəti tədris ilinin sentyabrın 15-dən deyil, daha da erkən, yəni sentyabrın 1-dən başlanılmasını tətbiq etmək olar. Ümumiyyətlə, 2021-ci ildə tədris ili üçün nəzərdə tutulacaq tətillərin hər birinin vaxtının dəyişməsini gözləmək olar'.

Qeyd edək ki, ekspert mart ayında dərslərin hibrid formada keçiriləcəyini proqnoz edib.


Paylaş:


Müəllif : Tarix:
16-01-2021, 09:45
  


loading...
Загрузка...