reklam
» » Ermənilərin zərər verdiyi ev hələ təmir edilməyib - Ağcabədidən GİLEY

reklam

Ermənilərin zərər verdiyi ev hələ təmir edilməyib - Ağcabədidən GİLEY


44 günlük Vətən müharibəsi zamanı qonşusunun həyətinə düşən mərmi nəticəsində evinə ziyan dəyən Ağcabədi rayon sakininə evinin təmiri üçün lazım olan vəsait ödənilməyib.

Bu barədə Axar.az-a ev sahibəsi Səmayə Tağıyeva bildirib. O deyib ki, rayon İcra Hakimiyyətinin nümayəndələri evə baxış keçirib sənədlər götürülsə də, təmir üçün yardım etməyib:

"Evin yaxınlığına düşən mərmi nəticəsində pəncələr sınıb və divarlar çatlayıb. Qış fəslidir, hava soyuqdur, evdə körpə uşaqlar var. Mənim maddi durumum imkan vermir ki, öz hesabıma bu problemi aradan qaldırım. İcra Hakimiyyətindən bir müddət əvvəl gəlib evə baxış keçirdilər və şəkillər çəkib, lazımi sənədləri götürdülər və bizə yardım olunacağını dedilər. Rayonda müharibədən zərərçəkən şəxslərin evlərinin təmiri üçün ödəniş edildi, lakin bizə heç nə verilmədi".

Saytımıza açıqlama verən Ağcabədi rayon icra başçısının köməkçisi Ceyhun Məmmədov bildirib ki, rayon sakini Səmayə Tağıyevanın şikayəti ilə bağlı məsələ araşdırılacaq:

"Prezident İlham Əliyevin sərəncamına əsasən Nazirlər Kabinetinin təyin etdiyi Dövlət Komissiyası ilə birgə rayonda erməni təcavüzündən zərər çəkən sakinlərin evlərinə baxış keçirilib. Bununla bağlı müvafiq sənədlər aktlaşdırılıb və zərərçəkən vətəndaşlara verilən karta ödənişlər edilib. Rayon ərazisində 493 sakinə bununla əlaqədar dəymiş zərərin qarşılanması üçün yardım edilib. Lakin sonra müəyyən edilib ki, bu yardımdan kənarda qalan başqa evlər də var. Düzdür, müraciətlər araşdırılan zaman onlar arasında bəzi vətəndaşların evlərinin köhnə olduğu üçün müharibədən əvvəl problemlər yarandığı aşkarlanıb. Bütün bunlara baxmayaraq, müraciətlərin daha dərindən araşdırılması üçün yaxın müddət ərzində rayonumuza yenidən komissiya gələcək və bütün bu məsələlər araşdırılacaq. Erməni təcavüzündən əziyyət çəkən bütün sakinlərimizə Prezident İlham Əliyevin tapşırığına əsasən yardım ediləcək".


Paylaş:


Müəllif : Tarix:
15-01-2021, 18:20
  


loading...
Загрузка...