reklam
» » Əli Həsənov “40 pillə” kafesini kimə satıb? - İLGİNC

reklam

Əli Həsənov “40 pillə” kafesini kimə satıb? - İLGİNC


"Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Mili Televiziya və Radio Şurasının beş üzvündən biri təyin etdirdiyi dayısı oğlu, keçmiş “Jek” müdiri Cəfərov Məmməd Hüseyn oğlunun adına ələ keçirdiyi “İçərişəhər” metrostansiyasının yaxınlığından Nərimanov heykəlinə qalxan “40 pilləkən kompleksi”ndə tikdirdiyi və vergi uçotuna dayanmadan işlətdiyi “40 pilləkən” kafesini də bu vurvahurda satıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Belə ki, həmin kafenin yerindəki zibilxananı Qarabağ qaziləri on illərlə məhkəmə qapılarında qalmaqla istəsələr də, keçmiş şöbə müdiri, Prezidentin köməkçisi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ələ keçirib. Öncə Səbail RİH -in hüquq şöbəsinin müdiri Hafiz Aberkarov rəsmi məktublarla bildirib ki, Bayıldakı sürüşmə ilə əlaqədar “İçərişəhər” metrostansiyasının yanındakı qeyri-yaşayış sahəsini qazilərə vermək olmaz. Adı “MTN işi”ndə də hallanan bu başabəla məmur məhkəməyə də saxta çıxarış təqdim edərək, şəhərin mərkəzində qazilərə sahibkarlıq obyekti verilməsini yolverilməz sayıb. Qarabağ qazilərinin ali dövlət hakimiyyəti və hüquq mühafizə orqanlarına şikayətlərinə baxılmasına isə Əli Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mane olub. Fikir verin, Səbail RİH 2 eyni tarixli ayrı-ayrı məktubla həmin qeyri-yaşayış sahəsinin həm “Alyans”ın , həm də Cəfərov Məmməd Hüseyn oğlunun adına sənədləşdirildiyini bildirib və indi isə ƏMDK oraya heç kəsin adına çıxarış verilmədiyini açıqlayıb. Səbail RİH isə yenə də məhkəməyə müraciət etməyi məsləhət bilir. Halbuki, bu məsələdə Səbail RİH-in, BŞİH-in , ƏMDK -nın, Səbail polisi və prokurorluğunun məsul şəxslərinin də içində olduğu cinayət tərkibi var və CPM-in tələbinə uyğun araşdırılmalıdır. Təsəvvür edin, nə polis, nə prokurorluq saxtalığı şübhə doğurmayan “kupça” ilə bağlı adi ekspertiza belə təyin etməyiblər. Buna səbəb kimi Səbail prokurorluğu həmin sahənin Əli Həsənov tərəfindən ələ keçirilməsini göstərib. Yəni prokurorluq açıq-aşkar vəzifə borcundan Əli Həsənovun təzyiqi ilə imtina etdiyini bildirib.

5-6 ay qabaq Bakı şəhər prokurorluğundan zəng edib Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə hüquqi qiymət veriləcəyinə söz verilsə də, hələ də bu elə söz alaraq qalır. 07.11.2020 tarixində Səbail RPİ-dən bölmə rəisi Çinar Nuriyev zəng edib, bu sətirlərin yazarını istintaqa hörmətsizlikdə, müstəntiqin çağırışına gəlməməkdə suçlayıb və idarəyə çağırıb. İdarədə müstəntiq Fərid Soltanlı kafeni işlədən şəxs ilə danışdığını, qazilərə kömək ediləcəyini bildirib. Lakin heç bir izahat almayan müstəntiq hazırda “türmə”yə gedəcəyini bəhanə edərək, uzağı 2 günə çağıracağını deyib. 70 gün keçib, amma hələ də heç bir çağırış -filan yoxdur. Bakı şəhər prokurorluğundan Səbail prokurorluğuna göndərilən şikayətə baxılmasına isə, ümumiyyətlə, susqunluq sərgilənir. Belə anlaşılır ki, Əli Həsənovun əli hələ “uzundur”. Yoxsa, vəzifə səlahiyyətlərindən sui-istifadə faktına hüquqi qiymət verilməsini təmin etmək niyə çətin olsun ki?

Son olaylar Əli Həsənovun da Bakıya əli-qolu qandallı gətiriləcəyinə ümid verir. Prezidentin adından milyonlar qazanan, bu yolda Qarabağ qazilərinə polis bölmələrində işgəncə verdirməkdən belə çəkinməyən eks-şöbə müdirinin “uzun” qolları qandallanmasa, hələ istintaqa təzyiq etməyə çox “uzanacaq”".


Paylaş:


Müəllif : Tarix:
15-01-2021, 10:18
  


loading...
Загрузка...