reklam
» » Hərbi polisin Qərargah rəisinin korrupsiya əməlləri barədə Prezidentə müraciət olundu

reklam

Hərbi polisin Qərargah rəisinin korrupsiya əməlləri barədə Prezidentə müraciət olundu

RegionXəbərləri.com-a Abşeron rayon Mehdiabad qəsəbəsi Gənclər şəhərciyi bina 6 mən 9 A-da yaşayan Abdullayev Səxavət Əhəd oğlu tərəfindən daxil olan şikayətdə deyilir;

"Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edirəm. Hərbi polisin Qərargah rəisi Quliyev Zahir Özbək oğlu hərbi xidmətdə olan əsgərlərin qida rasionunu, geyim paltarlarını, hətta əsgərlərin hərbi formalarının üzərinə vurulan emblemlərini əsgərlərin adları yazılmış nişanlarını əsgərlərə pulla satır. Bu yolla qazandığı pulla isə evakuasiya maşını alıb icarəyə verir. Buda vəzifəli şəxs tərəfindən törədilmiş korrupsiya əməlidir ki, Hərbi Polisin Qərərgah rəisi polkovnik Quliyev Zahir Özbək oğlu tərəfindən törədilir.

Qeyd edim ki, maşın ustasıyam. Yəni maşın düzəltməklə beş-on manat pul qazanıb ailəmi saxlayıram. Həmin Quliyev Zahir Özbək oğlu maşınını mənim usta islədiyim maşın sexində təmir etdirirdi.Bir gün o maşınını sexdə təmir etdirən zaman qohumum Fuadla tanış olur. Qısa tanışlıqdan sonra Fuada deyir ki, «evakuasiya maşını tap pulunu mən verəcəm». Fuadda bunun bu sözündən sonra 45 000 (qırx beş min) manata Göranboy rayonundan evakuasiya maşını tapır və maşının pulunu hərbi polsin polkovniki Zahir Quliyev ödədikdən sonra maşını alıb qeyri-rəsmi olaraq həmin evakuasiya maşnını Fuada verir. Bir müddət işlətdikdən sonra maşının qazancına görə Fuadla Zahir Quliyev arasında mübahisə düşür və maşın satılası olur. Maşın 37 000 manata satılır. Nəticədə qohumum Fuadın Zahir Quliyevə 8 000 (səkkiz min) manat borcu qaldı. Zahir Quliyev mənə dedi ki, « Səxavət, Fuadı sənə görə tanımışam ona görədə bu məsələdə zamin sənsən». Bir müddət qohumum Fuad bu pulu ödəyə bilmədi. Bu müddət ərzindədə Zahir Quliyev mənə zəng edib pulu tələb edirdi. Pulu verə bilmədiyimizi görən Zahir Quliyev mənə dedi ki, «Səxavət belə bir variant var mən Kapital Bankdan 8 000 manat 36 aylıq kreditlə pul götürürəm. Puluda Fuad ödəyir». Mən onun bu təklifini Fuada dedikdə o bununla razılaşdı. Kredit götürüldü. Eyni zamanda kredit götürülən zaman Zahirlə aramızda notarial qaydada borc müqaviləsi bağlandı. Bir müddət qohumum Fuad bankın pulunu Zahirə verdi. Bankın aylıq kreditini hər ay Zahir Quliyevin sürücüsü maşınla gəlib mənim yanımda Fuaddan alıb aparırdı. Beləcə 4700 (dörd min yeddi yüz) manatını Fuad Zahir Quliyevə ödəyib. pandemiya ilə əlaqədar karantin rejimi olduğu üçün borcun qalanını Fuad Zahir Quliyevə ödəyə bilmədi. Buna görədə Zahir Quliyev qohumum Fuad tərəfindən verilmiş 4700 manat pulu aldığına təkzib edirək 8 000 manat borc müqaviləsinə görə məni məhkəməyə verdi və onun mənə qarşı 8000 manat pul tələbinə dair mülki iş üzrə iddiası təmin olundu. Hal-hazırda məhkəmə qətnaməsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsindədir.

Cənab Prezident hərbi Polisin Qərərgah rəisi Zahir Quliyevin belə bir neçə maşını var. Onun maşınlarının toplam qiyməti yüz min manata yaxındır. Hərbi Polisin Qərərgah rəisi maaşı ilə bu qədər var-dövlətə necə sahib olub? Əlbətdəki bu korrupsiya yolu ilə əldə edilmiş var-dövlətdir. Mənim bu yazdıqlarımı subut etmək üçün 99 DK 688 dövlət nişanlı maşının qeydiyyatı ilə bağlı araşdırma aparsanız onun bu maşına sahib olması məlum olacaq. Ona görədə Sizdən xahiş edirəm bu müraciətimin ciddi araşdırılmasına tapşırıq verəsiniz."

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...

RegionXəbərləri.com 



Paylaş:


Müəllif : Tarix:
12-01-2021, 08:34
  


loading...
Загрузка...