Koronavirusdan sağalan Oqtay Gülalıyev hələ xəstəxanadadır: - Oğlu səbəbi açıqladı

Noyabrın 17-də Bakıdakı “Yeni klinika”ya yerləşdirilən hüquq müdafiəçisi Oqtay Gülalıyev müalicəsini hələ də xəstəxanada davam etdirir.
Koronavirusdan sağalan hüquq müdafiəçisi indi də öz durumu bağlı müalicə olunur. Bu barədə Cebhe.info-ya danışan oğlu Təbriz Gülalıyev atasının müalicəsi üşün xüsusi həkim və tibb bacısı ayrılmadığı üçün xəstəxanada saxlanıldığını deyib:
“Koronavirusa yoluxmazdan əvvəl, Türkiyədən gətiriləndən sonra atam evdə müalicə olunurdu. Evdəki müalicəsində də xüsusi həkim ayrılmamışdı. Sadəcə, iki tibb bacısı ayırmışdıq ki, onlar da Türkiyədəki həkimlərin tövsiyəsi və təyinatı ilə atamın müalicəsinə yardım edirdilər. Koronavirusa görə “Yeni klinika” ya aparmalı olduq və o vaxtdan xəstəxanadadır. Belə məsləhət oldu ki, həkim ayrılana qədər xəstəxanada qalsın. Durumu stabildir. Hər hansı dəyişiklik yoxdur”.
Qeyd edək ki, avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində 1 ildən çoxdur ki, koma vəziyyətində olan və 4 əməliyyat keçirən hüquq müdafiəçisi Oqtay Gülalıyev noyabrın 7-də İstanbuldan Bakıya gətirilib.
Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-u axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb.
İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-da Bakıda əməliyyat olunub. Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Daha sonra Heydər Əliyev Fondunun yardımı ilə noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və "Avrasiya" xəstəxanasına yerləşdirilib. Bir müddət orada müalicə alan hüquq müdafiəçisi sonra İstanbulda yerləşən “Amerikan Xəstəxanası”na köçürülüb. Noyabrın 7-də hüquq müfadiəçisi İstanbulda yerləşən “Amerikan Xəstəxanası”ndan Azərbaycana gətirilib. Oqtay Gülalıyev 1 ildən çoxdur ki, komadadır.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-12-2020, 14:46
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-12-2020, 14:46
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 18:40
Bu gün, 17:34
Bu gün, 16:26
Bu gün, 14:31
Bu gün, 12:35
Bu gün, 10:04
Dünən, 23:26
Dünən, 21:14
Dünən, 18:45
Dünən, 17:24
Dünən, 17:23
Dünən, 16:42
Dünən, 16:39

İranın xarici işlər nazirinin Bakı gündəliyi - Zərif Azərbaycan rəhbərliyindən nə istəyəcək?

"XƏRCƏNGDƏN DÜNYASINI DƏYİŞƏN JURNALİSTİN MƏNZİLİNİ DƏ MƏNİMSƏYİBLƏR" - "İkinci binada mənzillərin yarısı kirayə verilir"

"Yasamal İcra Hakimiyyəti Prezidentin bizə ayırdığı kompensasiyanı vermir" - “Sovetski” sakinləri ETİRAZ EDİR

Azərbaycanda tələbələrə faizsiz təhsil krediti veriləcək - Nazir pullu təhsilin ləğv ediləcəyi barədə də danışıb

Bakı, Sumqayıt və Abşeronda şagirdlər həftədə 3, digər bölgələrdə isə 4-5 dəfə məktəbə gedəcək

“Deyir ki, Əli Həsənovun evində erməni var...” - “Mən heç bilmirəm ”beşinci kolon" nə deməkdir"

XÜSUSİ TƏYİNATLI BAŞ LEYTENANT İLK DƏFƏ ŞUŞAYA GİRİŞ PLANLARINDAN DANIŞDI - "Bizim yerimizi yəqin ki, bilmişdilər..." + VİDEO

Əli Əsədov qərara dəyişiklik etdi - Bu şəxslərin ailə üzvlərinə də kompensasiya ödəniləcək

Yeni Müdafiə naziri Çin və Rusiyanı hədəfə götürüb – ABŞ-a təhlükə yaradan 4 ölkənin adını çəkib

""CoronaVac" ölü peyvənddir, hərəyə bir flakon ayrılır, adi şprislə...” - Peyvənd olunan həkim

Azərbaycanda son sutkada 770 nəfər COVID-19-dan sağalıb, 218 nəfər yoluxub, 9 nəfər vəfat edib

"Vətən müharibəsində həlak olan 2858 nəfərin şəxsiyyəti tam müəyyənləşib" - Xanlar Vəliyev