reklam
» » Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri Şahı Elman oğlu Məmmədli dəfn edilib.

reklam

Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri Şahı Elman oğlu Məmmədli dəfn edilib.



RegionXəbərləri.com-un məlumatına görə, o, doğulub boya-başa çatdığı Ucar rayonunun Bərgüşad kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidin tabutuna bükülən üçrəngli bayraq Ucar Rayon İcra Hakimiyyəti başçısı tərəfindən atasına təqdim edilib.
Qeyd edək ki, şəhid Şahı Məmmədli 1 il əvvəl ailə həyatı qurmuşdu, üzünü görmədiyi körpəsi 3 ay əvvəl dünyaya gəlib.

Allah rəhmət eləsin!












Paylaş:


Müəllif : Tarix:
1-12-2020, 15:35
  


loading...
Загрузка...