“Qaz İdarəsinin işçiləri sayğacı dəyişəndən 2 saat sonra ev yandı” - NARAZILIQ...

Bakının Maştağa qəsəbəsi, Daş karxanası 5 ünvanda baş verən yanğın 7 ailəni evsiz qoyub.
“Uzanmışam yorğun-döşəkdə bir də gördüm tüstü.. O biri iki otaq iç-içədir. Bir də gördüm tüstü qəflətən içəri doldu. Güc-bəla ilə uşaqları səsllədim, o biri otaqdan gəldilər. Məni güclə bayıra çıxardılar”, - zərərçəkənlərdən Gülağa Kazımov deyir.
Evlərin qaz partlayışı səbəbindən yandığı deyilir. Gülağa Kazımov deyir ki, noyabrın 24-də Qaz İdarəsinin işçiləri gəlib sayğacı dəyişiblər:
“Onlar sayğacı dəyişəndən sonra, heç 2 saat çəkmədi yanğın oldu”.
Digər zərərçəkən Şamil Kazımov isə aidiyyatı qurumların laqeydliyindən narazıdır:
“Zəng etdim 102-yə, ordan məni yönləndirdilər 119-a. 119-a zəng edirəm, deyir: “Zənd elə polisə”. Biz hara gedək? Qalmışıq yağışın altında, heç kim də gəlmədi”.
Gecələməyə yeri olmayanlardan biri də Ramil Kazımovdur:
“Kimin evində gedib qalım? Hara müraciət edim? Hamamda gecələyirəm”.
“Qurban olum, mən getmişdim işə. Heç xəbərim yox idi. Xəstə kişi üçün siqaret pulu qazanacaqdım. Gəldim, yolda dedilər: “Gülağanın evi yandı”. Çatdırdım özümü. 4 ailə, hamısı da uşaqlar. Güclə çıxarıblar içəridən”, - zərərçəkən Tərivaz Kazımova deyir.
Zərərçəkən Rahilə Səfərova da aidiyyati qurumlardan narazıdır:
“Gəlib yazıb gedirlər. Əhəmiyyət verən yoxdur bizə. Bəs bu ailə harada yaşasın?”
“Prezidentdən, Mehriban xanımdan, varlı adamlardan kömək istəyirəm. Hamımız küçələrdəyik. Kirayə tapmıram, pulum yoxdur. Pulum olsaydı, kirayə qalardım”, - Tərivaz Kazımova deyir.
Meydan TV Sabunçu Rayon İcra Hakimiyyətindən, eləcə də qurumun Maştağa qəsəbə nümayəndəliyindən məsələyə münasibət öyrənə bilməyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-12-2020, 11:18
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-12-2020, 11:18
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 17:42
Dünən, 17:03
Dünən, 16:27
Dünən, 12:06
Dünən, 12:04
Dünən, 11:12
26-01-2021, 17:49
26-01-2021, 17:27

“Evdəki münaqişədən, işsizlikdən, kasıblıqdan bezib canlarına qıyırlar” - Səngiməyən İNTİHAR DALĞASI

“ANKARANI RUSİYADAN UZAQ TUTMALIYIQ...” - ABŞ-ın yeni dövlət katibinin Türkiyə dəyərləndirməsi

Azərbaycanda son sutkada 601 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib

Deputatdan şəhid valideynlərinin narazılığına REAKSİYA: - “O məzarlarla bağlı mütləq tədbir görüləcək”

Yardımlı səhiyyəsində də durum BƏRBADDIR... - "Neçə-neçə rayon sakini baş həkimin bu tələsinə düşüb"

"RUSİYA QARABAĞDA MUZDLU DÖYÜŞÇÜLƏR YERLƏŞDİRİB" - Gürcü ekspertin sensasion iddiasına reaksiyalar

Bakıda növbəti DƏHŞƏTLİ İNTİHAR: - daha bir gənc qadın özünü çoxmərtəbəli binadan atdı