reklam
» » "ONLARIN HÜCUMU ÖLÜM MƏLƏYİNİN GƏLİŞİ KİMİ İDİ..." - Fransalı muzdlu Azərbaycan hərbçilərinin qüdrətindən danışıb

reklam

"ONLARIN HÜCUMU ÖLÜM MƏLƏYİNİN GƏLİŞİ KİMİ İDİ..." - Fransalı muzdlu Azərbaycan hərbçilərinin qüdrətindən danışıb


İkinci Qarabağ Müharibəsində yaşanan hadisələri danışan erməni əsgər Azərbaycan Silahlı Qüvvələrindən necə qorxduqlarını dilə gətirib.

“Yerevan Today” xəbər verir ki, Fransadan Qarabağa gedərək, Azərbaycan ordusuna qarşı vuruşan erməni üç-dörd azərbaycanlı hərbçinin 20-30 ermənini məhv etdiyini deyib: “Azərbaycan əsgərlərinin hücumu ölüm mələyinin gəlişi kimi idi. Üç-dörd nəfər gəldilər, 20-30 nəfər silahlı ermənini səngərdə öldürdülər və həmin vaxt da gözdən itdilər. Onları gecə ova çıxan ac qurdlara bənzətdik”.

Onun sözlərinə görə, Azərbaycan əsgərləri əsasən gecə və dumanlı havalarda hücuma keçiblər: “Nə vaxt gələcəklərini bilmək üçün səngərlərin qarşısına çipsi tökürdük”.

O, erməni əsgərlərin döyüş meydanından qaçması xəbərlərinə cavab olaraq deyib ki, “1500 erməni əsgərin 5-6 nəfərin qarşısından qaçdığını deyirlər, bizi qınayırlar. Bəli, qaçırdıq, əgər qaçmasaydıq mütləq öləcəkdik”.

Erməni əsgər Şuşada baş verənlər barədə də danışıb: “Onları yolda gözlədik, amma gördük ki, yanımızdadırlar. Qorxunc döyüş idi. Qarabağ uğrunda təkrar vuruşacağımızı deyirlər. Bu döyüşləri görən əsgərlər və ya zabitlər çətin ki, bir daha Qarabağda vuruşsunlar”.


Paylaş:


Müəllif : Tarix:
30-11-2020, 19:47
  


loading...
Загрузка...