Qolunu itirmiş qazimizə rəsmi biganəlik... - "Sumqayıtın İcra Başçısı, Hacı Zeynalabdin qəsəbə icra nümayəndəsi..."

“Təəssüf edirəm ki, bir dəfə də olsun Sumqayıt İcra Hakimiyyəti və Hacı Zeynalabdin icra nümayəndəsindən mənimlə maraqlanan olmayıb".
Bu sözləri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən vətən müharibəsində sağ qolunu itirən qazı, Sahil Həsənov "Azad Söz"ə müsahibəsində deyib. Qazi Sumqayıt dövlət qurumlarının ona qarşı biganəliyindən gileylənib:
"Mənə ancaq millətim, Bakıdan, Sumqayıtdan, Hacı Zeynalabdin (Nasosnıy) qəsəbəsindən və hətta Heydər Əliyev fondu əməkdaşları gəliblər. Lakin Sumqayıtın İcra Başçısı, Hacı Zeynalabdin qəsəbə icra nümayəndəsi öz təşəkkürlərini bildirməyiblər. Mənə onların təşəkkürü lazım deyil, gəlsinlər şəhid ailələrinə baş çəksinlər, şəhidlərin müqəddəs analarının əllərindən öpsünlər, onlara təşəkkürlərini bildirsinlər, bəs edər mənə. Bunlarda olunmur, çox təəssüf. Belə bir hadisələrlə tez-tez rastlaşırıq, amma xalqımdan razıyam. Şəhid ailələrinə, qazilərə gəlib baş çəkirlər, xalqımdan həttindən artıq çox razıyam və ən əsası xalq dəstəkləyir. Deyim ki, Sumqayıt İcra Başçısı gəlib baş çəkib, yalan çıxar. Hacı Zeynalabdin icra nümayəndəsi (kənd soveti) və bələdiyyəsi heç biri gəlib baş çəkmir, çox təəssüf".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşərkən, bu parlaq qələbə münasibətilə onları şəxsən təbrik edib, onlara öz təşəkkürünü bildirib. Ancaq təəssüf ki, Hacı Zeynalabdin qəsəbəsinin icra nümayəndəsi Lalə Hacıyeva və bələdiyyə sədri Əsli Qasımova isə Sahil Həsənov kimi qaziləri diqqətdən kənarda qoyur.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-11-2020, 09:23
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-11-2020, 09:23
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 18:40
Dünən, 17:34
Dünən, 16:26
Dünən, 14:31
Dünən, 12:35
Dünən, 10:04
21-01-2021, 23:26
21-01-2021, 21:14
21-01-2021, 18:45
21-01-2021, 17:24
21-01-2021, 17:23
21-01-2021, 17:22
21-01-2021, 16:42

İranın xarici işlər nazirinin Bakı gündəliyi - Zərif Azərbaycan rəhbərliyindən nə istəyəcək?

"XƏRCƏNGDƏN DÜNYASINI DƏYİŞƏN JURNALİSTİN MƏNZİLİNİ DƏ MƏNİMSƏYİBLƏR" - "İkinci binada mənzillərin yarısı kirayə verilir"

"Yasamal İcra Hakimiyyəti Prezidentin bizə ayırdığı kompensasiyanı vermir" - “Sovetski” sakinləri ETİRAZ EDİR

Azərbaycanda tələbələrə faizsiz təhsil krediti veriləcək - Nazir pullu təhsilin ləğv ediləcəyi barədə də danışıb

Bakı, Sumqayıt və Abşeronda şagirdlər həftədə 3, digər bölgələrdə isə 4-5 dəfə məktəbə gedəcək

“Deyir ki, Əli Həsənovun evində erməni var...” - “Mən heç bilmirəm ”beşinci kolon" nə deməkdir"

XÜSUSİ TƏYİNATLI BAŞ LEYTENANT İLK DƏFƏ ŞUŞAYA GİRİŞ PLANLARINDAN DANIŞDI - "Bizim yerimizi yəqin ki, bilmişdilər..." + VİDEO

Əli Əsədov qərara dəyişiklik etdi - Bu şəxslərin ailə üzvlərinə də kompensasiya ödəniləcək

Yeni Müdafiə naziri Çin və Rusiyanı hədəfə götürüb – ABŞ-a təhlükə yaradan 4 ölkənin adını çəkib

""CoronaVac" ölü peyvənddir, hərəyə bir flakon ayrılır, adi şprislə...” - Peyvənd olunan həkim

Azərbaycanda son sutkada 770 nəfər COVID-19-dan sağalıb, 218 nəfər yoluxub, 9 nəfər vəfat edib

"Şurnuxa getmək üçün gərək Azərbaycana keçəsən, sonra yenə...” - Ermənilər NARAHATDIR