Kürdəmirdə qəhrəman əsgərimizin anası ÇƏTİN DURUMDA! - NARAZILIQ...

Kürdəmir rayon, İsmət Qayıbov küçəsi, ev 3də yaşayan Kəmalə Həmzə qızı Xələfova 11 ildir ki, evi olmadığından kirayələrdə qalır. O, dəfələrlə evsizliklə əlaqədar, Kürdəmir rayon İcra Hakimiyyətinə müraciət etsə də, ona heç bir köməklik göstərilməyib.
Kəmalə Xələfovanın heç bir səbəb olmadan işdən çıxarılması ilə bağlı şikayəti də cavabsız qalıb. Belə ki, Kəmalə Xələfova 5 ildən artıqdır ki, rayonun Mərkəzi Poçt Şöbəsinin nəzdində yerləşən Azərmətbuat Yayım Xidmətində poçtalyon (yarım ştat) vəzifəsində işləyib. Onun aylıq əməkhaqqı 120 manat olub. 2020-ci ilin avqust ayında Mərkəzi Poçt Şöbəsində ixtisarlaşma aparıldıqda, Kəmalə Xələfova heç bir səbəb olmadan işdən azad olunur. İşdən azad edilərkən isə Kəmalə Xələfovaya son əməkhaqqı olaraq, sadəcə 82 manat ödənilib. O, bununla bağlı Kürdəmir rayon Məşğulluq Mərkəzinə müraciət etsə də, hələ də onun şikayətinə baxan olmayıb.
Qeyd edək ki, Kəmalə Xələfovanın 2 övladı var və onlardan biri Elməddin Bəhruz oğlu Xələfov hazırda, Xocavənd rayonunda hərbi xidmət edir. Əsgər Elməddin Xələfov könüllü olaraq müharibəyə gedib və sentyabr ayının 27-si Füzulinin Şükürbəyli kəndində gedən döyüşlərdə ayağından qəlpə yarası alıb. Yarası sağaldıqdan sonra Elməddin Xələfov yenidən əsgər yoldaşlarının yanına qayıdaraq, xidmətini davam etdirir. Xatırladaq ki, Elməddin Xələfov 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-11-2020, 09:18
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-11-2020, 09:18
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 18:40
Dünən, 17:34
Dünən, 16:26
Dünən, 14:31
Dünən, 12:35
Dünən, 10:04
21-01-2021, 23:26
21-01-2021, 21:14
21-01-2021, 18:45
21-01-2021, 17:24
21-01-2021, 17:23
21-01-2021, 17:22
21-01-2021, 16:42

İranın xarici işlər nazirinin Bakı gündəliyi - Zərif Azərbaycan rəhbərliyindən nə istəyəcək?

"XƏRCƏNGDƏN DÜNYASINI DƏYİŞƏN JURNALİSTİN MƏNZİLİNİ DƏ MƏNİMSƏYİBLƏR" - "İkinci binada mənzillərin yarısı kirayə verilir"

"Yasamal İcra Hakimiyyəti Prezidentin bizə ayırdığı kompensasiyanı vermir" - “Sovetski” sakinləri ETİRAZ EDİR

Azərbaycanda tələbələrə faizsiz təhsil krediti veriləcək - Nazir pullu təhsilin ləğv ediləcəyi barədə də danışıb

Bakı, Sumqayıt və Abşeronda şagirdlər həftədə 3, digər bölgələrdə isə 4-5 dəfə məktəbə gedəcək

“Deyir ki, Əli Həsənovun evində erməni var...” - “Mən heç bilmirəm ”beşinci kolon" nə deməkdir"

XÜSUSİ TƏYİNATLI BAŞ LEYTENANT İLK DƏFƏ ŞUŞAYA GİRİŞ PLANLARINDAN DANIŞDI - "Bizim yerimizi yəqin ki, bilmişdilər..." + VİDEO

Əli Əsədov qərara dəyişiklik etdi - Bu şəxslərin ailə üzvlərinə də kompensasiya ödəniləcək

Yeni Müdafiə naziri Çin və Rusiyanı hədəfə götürüb – ABŞ-a təhlükə yaradan 4 ölkənin adını çəkib

""CoronaVac" ölü peyvənddir, hərəyə bir flakon ayrılır, adi şprislə...” - Peyvənd olunan həkim

Azərbaycanda son sutkada 770 nəfər COVID-19-dan sağalıb, 218 nəfər yoluxub, 9 nəfər vəfat edib

"Şurnuxa getmək üçün gərək Azərbaycana keçəsən, sonra yenə...” - Ermənilər NARAHATDIR