reklam
» » Onlayn təhsilin ACINACAQLI DURUMU: - İki nazirliyi üz-üzə qoyan problem nədir?

reklam

Onlayn təhsilin ACINACAQLI DURUMU: - İki nazirliyi üz-üzə qoyan problem nədir?


“Hörmətli nazir bizi nə vaxt yaxşı internetlə təmin edər, o zaman Təhsil Nazirliyi də üzərinə düşən işləri yerinə yetirər?”

Bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirus pandemiyası səbəbindən ölkənin təhsil sistemində yaranan problemlərdən danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov deyib.

Şura sədri digər ölkələrlə müqayisə apararaq, Azərbaycanda onlayn təhsilə qoşulmaq üçün elektron cihazlarla təminatın bərbad olduğunu, sürətli internet probleminin aradan qaldırılmadığını, buna görə də müəllim və şagirdlərin distant təhsildə müxtəlif çətinliklərlə qarşılaşdıqlarını bildirib:

“Onlayn təhsil üçün birinci vacib olan şərt internetdir. Sürətli, fasiləsiz, ucuz internet olmalıdır. Yoxsa başqa cür mümkün deyil. Fərz edin ki, Bakıda hər yerdə qara kürü satılır, kilosu da on min dollara. Gedib onu alacağıq? Yox. Çünki imkanımız çatmaz.

Əgər keyfiyyətli onlayn təhsil vermək istəyiriksə, birinci növbədə internet problemini həll etməliyik. Bu işlə məsul olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi var. Gərək nazirlik bu işin öhdəsindən gələ. Əgər Bakıda onlayn təhsildə çətinliklər varsa, indi görün, bölgələrdə vəziyyət necədir…

Mən hələ koronavirusdan əvvəl də deyirdim ki, camaat, eşidin, bilin, Estoniyada internet pulsuzdur. Gürcüstanda aşağı sinif şagirdlərinə pulsuz planşet paylayırlar. Bunları etməmişik, amma keyfiyyətli onlayn təhsildən danışırıq.

Hörmətli nazir bizi nə vaxt yaxşı internetlə təmin edər, o zaman Təhsil Nazirliyi də üzərinə düşən işləri yerinə yetirər. Təhsil Nazirliyi neyləsin? Koronavirus kimi dəhşətli xəstəliyə görə bir yerə yığışmaq mümkün deyil.

Problemdən çıxış yolu yalnız internet vasitəsi ilə mümkündür. Pandemiyalı həyata öyrənməliyik artıq. Bütün bəşəriyyət buna əvvəlcədən hazırlaşırdı. Sanki bilirdilər ki, bir axmaq, avara mikrob gələcək.

Mən əvvəlcədən də xəbərdar etmişdim ki, pandemiyaya uyğun hərəkət etməliyik, gigiyenaya əməl olunmalıdır, məktəblərdə avtomatik qapılar quraşdırılmalıdır. Eləcə də məktəblilər sürətli, fasiləsiz, pulsuz internetlə təmin olunmalıdır. Deyirik, amma əməl etmirik axı”.



Paylaş:


Müəllif : Tarix:
24-11-2020, 16:47
  


loading...
Загрузка...