reklam
» » Sahil Babayevin işçiləri vətəndaşları belə aldadırlar -ŞİKAYƏT

reklam

Sahil Babayevin işçiləri vətəndaşları belə aldadırlar -ŞİKAYƏT


RegionXəbərləri.com-a Abşeron rayon Fatmayi kəndi Bağlar 2-ci Sovxoz ərazisində yaşayan İbrahimov İbrahim Əşrəf oğlu tərəfindən şikayət məktubu daxil olub. Narazı vətəndaşın şikayətini olduğu kimi dərc edirik.

"Əvəlcədən qeyd edim ki, ailəmiz beş nəfərdən ibarətdir. On, səkkiz və iki yaşında üç azyaşlı övladım var. Həyat yoldaşım səkkiz yaşına çatmayan övladıma baxdığına görə işləmir. Ailəmin gəliri adambaşına düşən ehtiyac meyarından aşağı olduğuna görə ünvanlı sosial yardım almaq üçün qanunvericiliyə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron qaydada müraciət etdim. Qeyd edim ki, 2017-2019-cu illərdə iki il ünvanlı sosial yardım almışam. Yəni ailəmə təyin olunmuş sosial yardımın iki illik müddəti tamam olduğu üçün müraciət edirdim. Müraciətim elektron qaydada 207318000258401 nömrəsi ilə VEMTAS tərəfindən qeydiyyata alındı. Bu müraciətimə bir müddətdən sonra imtina verilib. İmtinanın səbəbidə «ailənin torpağı mülkiyyəti barədə məlumatın gizlədilməsi» göstərilib. Həmin imtinanıda müraciətimə əlavə edirəm.

Verilmiş bu imtina tam qanunsuz və əsassızdır. Ona görə ki, mənim və ailəmə məxsus torpaq mülkiyyətimiz yoxdur. Eyni zamanda qanunvericiliyə əsasən inzibati orqan verdiyi imtinanı əsaslandırmalıdır. Amma nazirlik mənə verdiyi imtinanı əsaslandırmayıb. Çünki əsaslandırsaydı göstərərdi ki, bu torpaq mülkiyyəti aiiləmdə kimə məxsusdur və eyni zamanda imtinada göstərilən torpaq mülkiyyətinin dövlət aktının və ya Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın nömrəsi qeyd olunmalı idi. Burdan məlum olur ki, nazirliyin elektron xidməti verdiyi imtinanı əsassız və qanunsuz verib. Ona görə ki, belə bir torpaq mülkiyyəti yoxdur. Verilmiş bu imtina heç bir real fakta əsaslanmır. Amma mənim subutum var ki, adımıza torpaq mülkiyyəti yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mənə verdiyi arayışda göstərilib ki, mənim torpaq mülkiyyətim yoxdur. Həmin arayışıda müraciətimə əlavə edirəm.

Üvanlı sosial yardımın təyin olunması üçün yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron qaydada müraciət etmişəm. Bu müraciətim elektron qaydada 207318000258402 nömrəsi ilə VEMTAS tərəfindən qeydiyyata alınib. Hələki bu müraciətimə cavab verilməyib.Ona görədə xahiş edirəm mənim bu müraciətimi şəxsi nəzarətinizə götürüb tədbir görün ki, mənim bu müraciətimə əvvəlki müraciətim kimi qanunsuz imtina verilməsin."

 






Paylaş:


Müəllif : Tarix:
4-11-2020, 08:42
  


loading...
Загрузка...