reklam
» » İşğaldan azad edilən daha dörd sərhəd zastavası üzərində Azərbaycanın dövlət bayrağı ucaldıldı

reklam

İşğaldan azad edilən daha dörd sərhəd zastavası üzərində Azərbaycanın dövlət bayrağı ucaldıldı

Ermənistanın işğalından azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarının ərazisində dörd sərhəd zastavasının bərpadan sonra açılışı olub.

APA-nın yerli müxbirinin məlumatına görə, Soltanlı, Xələfli, Xudafərin və Qumlaq kəndlərində sərhəd zastavaları üzərində bu gün dövlət bayrağı ucaldılıb.

Bununla da dörd sərhəd zastavası xidməti döyüş fəaliyyətinə başlayıb.

1993-cü ildə işğal olunmuş, 27 ildən sonra azad edilmiş dövlət sərhədinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin şəxsi tərəfindən təşkil olunub.

Qeyd edək ki, Azərbaycan-İran dövlət sərhədinin 132 km hissəsinin işğaldan azad edilməsi dövlət sərhədinin tam bərpası baxımından önəmli hadisədir.




Paylaş:


Müəllif : Tarix:
30-10-2020, 17:57
  


loading...
Загрузка...