reklam
» » Düşmənin bu hərbi texnikaları məhv edilib - VİDEO

reklam

Düşmənin bu hərbi texnikaları məhv edilib - VİDEO


Azərbaycan Ordusu Qubadlı istiqamətinə gətirilən Ermənistan silahlı qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələrini şəxsi heyət və hərbi texnikada itkilər verdirərək geri çəkilməyə məcbur edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistanın Kotayk vilayətinin Tsaxkadzor yaşayış məntəqəsindən Dağlıq Qarabağa göndərilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin böyük hissəsi bölmələrimizin atəş zərbəsi nəticəsində məhv edilib.

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 2 tank, 2 PDM, 4 D-30 haubitsa topu, 1 2A36 “Qiasint-B” topu, 7 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.


Paylaş:


Müəllif : Tarix:
25-10-2020, 15:23
  


loading...
Загрузка...