reklam
» » Düşmən ordusunda fərarilik artıb - şəxsi heyət döyüşlərə girməkdən imtina edir

reklam

Düşmən ordusunda fərarilik artıb - şəxsi heyət döyüşlərə girməkdən imtina edir

Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur. Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlum olub ki, Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər.
Hazırda bütün cəbhə boyu döyüşlər davam edir.


Paylaş:


Müəllif : Tarix:
23-10-2020, 09:01
  


loading...
Загрузка...