reklam
» » Ramiz Mehdiyevə milyonluq mənzil bağışlayan iş adamı məhkəməyə müraciət etdi

reklam

Ramiz Mehdiyevə milyonluq mənzil bağışlayan iş adamı məhkəməyə müraciət etdi


“Çin Karqo” şirkətinin sahibi Şamil Heydərov “Yeni Sabah” saytına qarşı Nərimanov rayon məhkəməsində iddia qaldırıb.

İş adamı müraciətində 2020-ci il sentyabrın 15-də saytında başqa bir xəbər saytına istinadla yayımlanmış “Ramiz Mehdiyevin biznes imperiyası: Kimlərlə şərik imiş?” başlıqlı yazıda şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələndiyini bildirib, bununla bağlı təkzib verilməsini və həmçinin saytın 50 min manat cərimə olunmasını tələb edib.

Bildirək ki, sözügedən yazı saytda dərc olunandan sonra Ş. Heydərovun nümayəndəsi redaksiya ilə əlaqə saxlayaraq bu haqda açıqlama vermək istədiklərini bildirib. Qarşı tərəf olaraq iş adamının açıqlaması saytda dərc edilib.

İddia ərizəsinə oktyabrın 27-i saat 11-də hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçiriləcək iclasda baxılacaq.

Onu da qeyd edək ki, sentyabrın əvvəlində “Yeni Sabah” Ş.Heydərov tərəfindən R.Mehdiyevə hədiyyə olunan dəbdəbəli mənzilin fotolarını yaymışdı. Həmin xəbərdə iş adamının adı çəkilmirdi. Lakin sonradan bəlli oldu ki, sözügedən mənzil Ş. Heydərov tərəfindən keçmiş PA rəhbərinə verilib.

Xəbərdə qeyd edilirdi ki, 3 il bundan əvvəl Badamdar qəsəbəsində Botanika bağının yanında elit binada Mehdiyevə 400 kvadratmetr sahəsi olan mənzil hədiyyə edilib. Binanın 14-cü mərtəbəsində yerləşən bütün mənzillər birləşdirilərək bir ev halına gətirilib. Mənzildə 4 yataq otağı, bir böyük zal, iş otağı var.

Bu haqda saytımıza məlumat verən şəxs bildirmişdi ki, həmin mənzilin hazırda bazar qiyməti 2 milyon manata yaxındır. O, təkcə parket işinə 100 min manatdan artıq pul xərcləndiyini iddia edir.

Mənzilin təmir işlərinə şəxsən R. Mehdiyev özü nəzarət etsə də, öz cibindən bir qəpik pul xərcləməyib. Mənzilə istifadə olunan bütün tikinti materialları və mebellər xaricdən gətirilib. Qısa müddətdə onun istədiyi kimi təmir olunan mənzil təxminən 3 il əvvəl Mehdiyevə təhvil verilib. Mehdiyev isə öz növbəsində həmin evi qızı Kamilə Mehdiyevaya bağışlayıb. Aradan 3 il vaxt keçsə də, bu günə qədər həmin evin boş saxlandığı, heç kimin orada yaşamadığı bildirilir.



Paylaş:


Müəllif : Tarix:
19-10-2020, 13:57
  


loading...
Загрузка...