reklam
» » Ermənilər Füzulinin Horadiz şəhərini vurmağa başladı - Ordumuz cavab atəşi açır

reklam

Ermənilər Füzulinin Horadiz şəhərini vurmağa başladı - Ordumuz cavab atəşi açır


Cəbhənin Füzuli rayonu istiqamətində vəziyyət gərgin olaraq qalır. Gün ərzində ermənilər davamlı olaraq kəndlərimizi atəşə tutub.

"Yeni Müsavat" Media Qrupunun Füzuliyə ezam olunmuş əməkdaşları xəbər verir ki, ermənilər bütün gecəni Füzulinin cəbhəboyu kəndlərini atəşə tutmağa davam ediblər. Səhər saat 06:00 radələrindən atışma daha da şiddətlənib.

Azərbaycan ordusu ağır artilleriyadan düşmən mövqelərini hədəfə alıb. Füzuli istiqamətində qızğın döyüşlər gedir.

Bir neçə saatdır Horadiz şəhəri ermənilər tərəfindən əsas hədəf seçilib. Şəhər davamlı olaraq ağır artilleriya ilə vurulur. Polis əməkdaşları və hərbçilərimiz təhlükəsizlik üçün şəhərə mülki maşınların girişini məhdudlaşdırıblar.

Ordumuz düşmən mövqelərini darmadağın edir.

Xatırladaq ki, dünən də Horadiz şəhəri ermənilər tərəfindən atəşə tutulmuşdu. Düşmənin təxribatı nəticəsində 30 yaşlı mülki şəxs Murad Rüstəmov dünyasını dəyişmiş, 3 nəfər mülki şəxs ağır bədən xəsarətləri almışdı.


Paylaş:


Müəllif : Tarix:
1-10-2020, 17:47
  


loading...
Загрузка...