reklam
» » Erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşmək üçün Ermənistana aparılıb - Təsdiqini tapdı

reklam

Erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşmək üçün Ermənistana aparılıb - Təsdiqini tapdı


Erməni əsilli suriyalı döyüşçülər Suriyadan Ermənistana aparılıb.

Bu barədə "Suriya İnsan Haqları Müşahidəçiləri" (Syrian Observatory Human Rights - SOHR) təşkilatı bildirib.

"Etibarlı mənbələr SOHR-ə bildiriblər ki, erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşlərdə istifadə üçün Ermənistan tərəfindən Ermənistana aparılıb", - deyə təşkilatın məlumatında qeyd edilir.

Təşkilat bəzi media mənbələrində 4000 suriyalı döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı xəbərlərə də münasibət bildirib.

"Çox etibarlı SOHR mənbələri Suriyadan 4000-ə yaxın döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı KİV-də yayılan xəbərlərin tamamilə yalan olduğunu təsdiqləyir", - deyə “Suriya İnsan Haqları Müşahidəçiləri" təşkilatı vurğulayıb.


Paylaş:


Müəllif : Tarix:
1-10-2020, 14:11
  


loading...
Загрузка...