reklam
» » Siyasətçinin oğlu ŞƏHİD OLDU

reklam

Siyasətçinin oğlu ŞƏHİD OLDU


Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərində illərdir davam edən cinayətkarlığı, özbaşına hərəkətləri bu gün Şanlı Ordumuz tərəfindən layiqli cavabını alır. Ordumuzu tək qoymayan oğullar könüllü olaraq cəbhəyə yollanır, Vətən qarşısında borclarından çıxmaq istəyirlər. Təbii ki, heç bir qələbə itkilərsiz olmur...

Şəhidimiz var. Könüllü döyüşə gedən Anar Qəmbərovun 23 yaşı vardı. Bir gün evdən çıxdı və ailəsinə sadəcə “torpaqlarımızı almağa gedirəm, sağlıqla qalın” dedi... 10 gün döyüşdü... Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak oldu...

Qeyd edək ki, şəhid Anar Qəhrəmanov Müasir Müsavat Partiyasının Nərimanov rayon təşkilat sədri Rəhim Qəmbərovun övladıdır. Şəhid Bərdə rayonunda dəfn olunub.

MMP rayon təşkilat sədrləri dəfn mərasimində iştirak ediblər. Partiyanın sədri Hafiz Hacıyev və müavini Könül İsmayılova Rəhim Qəmbərova dərin hüzünlə başsağlığı verib, Şəhidə Allahdan rəhmət, əzizlərinə səbr diləyib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən var olsun! (versus.az)


Paylaş:


Müəllif : Tarix:
1-10-2020, 14:08
  


loading...
Загрузка...