reklam
» » Düşmən bu dəfə Bərdəni hədəf aldı - Fotolar

reklam

Düşmən bu dəfə Bərdəni hədəf aldı - Fotolar



Ermənistan ordusu cəbhəboyu zonada təxribat törətməkdə davam edir.

Regionxeberleri.com xeber verir ki , "Qafqazinfo"nun bölgəyə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, düşmən bu dəfə Bərdənin yaşayış məntəqəsini hədəf alıb.

Belə ki, bu gün günorta saatlarında Ermənistan silahlı qüvvələrinin atdığı qrad mərmisi rayonun Xanərəb kənd sakini İsmayılov Adışirin Xasay oğlunun həyətinə düşüb. Nəticədə ev sahibinin bir neçə ev quşu, iki iribuynuzlu heyvanı tələf olub, biri isə yaralanıb. Tələf olan inəklərdən birinin qarnında balası da olub. Hadisə zamanı evin pəncələri sınsa da, xoşbəxtlikdən ev sahiblərindən xəsarət alan olmayıb.

Xanərəb sakinlərinin verdiyi məlumatı görə, münaqişə dövründə bu kəndə mərmi düşməsi ilk dəfədir.







Paylaş:


Müəllif : Tarix:
30-09-2020, 18:48
  


loading...
Загрузка...