reklam
» » BNA-da nə baş verir? – Milyonlar xərclənir, problem isə böyüyür...

reklam

BNA-da nə baş verir? – Milyonlar xərclənir, problem isə böyüyür...


Artıq 5 ildir fəaliyyət göstərən Bakı Nəqliyyat Agentliyi (BNA) bu müddət özünü doğrulda bilməyib. 2015-ci ildə yaradılan BNA fəaliyyətə başlayandan bu günə qədər tənqid hədəfi olub. 
Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyinə verildikdən sonra ümid edilirdi ki, nəqliyyat sahəsində, xüsusilə sərnidaşımada xaosa son qoyulacaq. Amma gözləntilər özünü doğrultmadı. Əskinə, sərnişindaşıma sahəsində vəziyyət Ziya Məmmədovun dövründə olduğundan da pisdir. Hər halda ictimai nəqliyyatdan istifadə edənlərin əhəmiyyətli hissəsi BNA-nın fəaliyyətindən narazılıq edir. Bunu sosial şəbəkələrdə və mediada BNA-nın fəaliyyəti barədə yazılanlardan da görmək olur.
Məsələn, hərəkətin pik saatlarında paytaxt dayanacaqlarında əsl izdiham yaranır, marşrut xətlərində aparılmış dəyişiklik və islahatlar isə hələ ki, öz nəticələrini vermir. 
BNA-nın ən çox tənqid hədəfinə gətirən məsələlərdən biri də “parkinq” işidir. 
Paytaxt küçələrinə quraşdırdıqları nəzarət kameraları ilə minik avtomobillərinə dayanma-durmaya görə 20 AZN məbləğində cərimə yazırlar.
Bakı Nəqliyyat Agentliyi İdarə Heyəti sədri Vüsal Kərimli ötən il hesabat konfransında çıxışı zamanı agentliyin 2 ayda 53 min protokol yazdığını açıqlayıb. Beləliklə, qurum 2 ay ərzində 1 milyon manatdan çox cərimə yazıb.
Sosial şəbəkə və mətbuatda yazılanlardan görünür ki, bir çox hallarda bu cərimələr qanunsuz yazılır. Eyni zamanda aydın olunur ki, BNA-nın əməkdaşları Ziya Məmmədovun nəqliyyat qoçularının əməllərini təkrarlamaqla məşğuldur. Qurumun əməkdaşlarının avtomobil sahibləri ilə kobud danışması, bəzi hallarda onlara fiziki zor tətbiq etməsi barədə faktlar var və bu barədə zaman-zaman yazılıb. 
Maraqlıdır ki, hər dəfə bu cür faktlar ictimailəşəndə BNA rəsmiləri təqsiri vətəndaşlarda görür. Məsələn dünən “Dakar” meydanında nəqliyyatın hərəkətinin dayanmasına görə yenə vətəndaşlar günahkar çıxarılıb. BNA rəsmisi Mais Ağayevin bu məsələ barədə açıqlamasına diqqət edək: “Hazırda “Dakar” meydanında nəqliyyatın hərəkəti dayanıb. Səbəb: nəqliyyat vasitələrinin çoxluğu və sürücülərin dairədə bir-birilərinə yol verməmələridir.
Bu səbəbdən hazırda “Dakar” dairəsinə bütün istiqamətlərdə sıxlıq müşahidə olunur. Bu vəziyyətdən ən çox əziyyət çəkən isə ictimai nəqliyyat istifadəçiləridir. Avtobuslar sıxlıqda qaldığından insanlar piyada gedir”. Göründüyü kimi, öz işlərini düzgün qura bilməməyin günahını sürücülərin üzərinə qoyurlar. Bu isə təbii ki, sürücü və sərnişinlərdə qıcıq yaradır.

BNA həm də iri məbləğli büdcə vəsaitlərini “udan” qurum kimi tanınır. Qurumun həyata keçirdiyi tenderlərə həmişə şübhə ilə yanaşılıb. Məsələn, götürək yolların rənglənməsini. Mediada yazılanlara görə, BNA 3 il ərzində Bakı yollarının rəngləməsinə 22 milyon manata yaxın pul xərcləyib. Qurumun bununla bağlı elan etdiyi tenderlərin qalibi isə “Yol Xətt” MMC olub. 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Yol Xətt” MMC 3 iyul 2006-cı il tarxidə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, 11-ci Dağlıq 3105-ci məhəllədə yerləşir. MMC-nin qanuni təmsilçisi isə Murad Mobil oğlu Muradovdur.
Murad Muradov 22 fevral 2020-ci ilə tarxidə Prezident İlham Əliyevin 1834 saylı sərəncamı ilə avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqləndiyinə görə “Tərəqqi” medalına layiq görülüb. 
Murad Muradov “Yol Xətt” MMC-nin qanuni təmsilçisi olsa da, əslində proxy şəxsdir. MMC-nin idarə edilməsi başqa bir şəxsin əlindədir.


Paylaş:


Müəllif : Tarix:
12-08-2020, 16:25
  


loading...
Загрузка...