reklam
» » İki milyonluq tenderin qalibi olan MMC rəhbərinin atası hansı dövlət məmurudur? - İLGİNC

reklam

İki milyonluq tenderin qalibi olan MMC rəhbərinin atası hansı dövlət məmurudur? - İLGİNC


Azərbaycanda dövlətdən maliyyələşən təşkilatların sifarişçi olduqları satınalmalarda qalib olan şirkətlərin böyük əksəriyyətinin arxasında yüksək vəzifəli məmurların dayandığı və yaxud bu şirkətlərin məmurların övladlarına və ya qohum-əqrəbalarına məxsus olduğu barədə çox yazılıb. Tenderlərdə qalib olan şirkətlər barədə səthi aparılan araşdırmalar da, yazılanların böyük əksəriyyətinin həqiqət olduğunu açıq-aşkar göstərir.

Qlobal.az-ın araşdırmasına görə bu cür şübhəli tenderlərdən birinə də Bakı Nəqliyyat Agentliyi "imza" atıb.

Belə ki, mötəbər mənbədən əldə etdiyimiz məlumata görə, cari ilin iyul ayının 9-da Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən keçirilən satınalmanın qalibi olan "Alpina Parking Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yüksək vəzifəli məmurun övladına məxsusdur.

İki milyonluq tenderin qalibi olan MMC rəhbərinin atası hansı dövlət məmurudur?

Öncə onu qeyd edək ki, "Alpina Parking Consulting” MMC-nin qalib olduğu satınalmanın məbləği 2 milyon 124 min manat təşkil edir.

İki milyonluq tenderin qalibi olan MMC rəhbərinin atası hansı dövlət məmurudur?

Şirkət Bakı şəhərinin inzibati ərazisində yerləşən yoldan kənar parklanma sahələrinin ümumi qiymət siyasətinin araşdırılması, müəyyən edilməsi və iqtisadi əsaslandırılması, yoldan kənar parklanma sahələrinin analiz edilməsi, infrastrukturun qurulması üçün məsləhət və parklanma yerlərinin idarəedilməsi üzrə audit xidmətini həyata keçirəcək.

İki milyonluq tenderin qalibi olan MMC rəhbərinin atası hansı dövlət məmurudur?

"Alpina Parking Consulting” MMC 14.02.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, ev 18A, qanuni təmsilçisi Əhmədzadə Sənan Rafiq oğludur.

Bəs kimdir Sənan Əhmədzadə?

Qlobal.az-ın əldə etdiyi məlumata görə 1992-ci il təvəllüdlü Əhmədzadə Sənan adi şirkət sahiblərindən sayılmır. Belə ki, Əhmədzadə Sənanın atası Rafik Əhmədov Nazirlər Kabineti Aparatının Beynəlxalq kredit və yardımlar üzrə şöbəsi müdirinin müavini vəzifəsində çalışır.

Əhmədov Rafik 2015-ci ildə Prezident sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 2016-cı ildə isə Prezident sərəncamı ilə 3-cü dərəcə dövlət müşaviri dərəcəsinə layiq görülüb.

İlginc məqam budur ki, BNA-nın keçiridyi sözügedən tender "Dövlət Satınalmaları Haqqında" Qanuna görə keçirilə bilməz. Buna səbəb isə Qanunun 13.1 maddəsinin tələblərinin pozulmasıdır. Belə ki, Dövlət Satınalmaları Haqqında" Qanunun 13.1-ci maddəsinə görə Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir. Məlum olduğu kimi, burada isə sifarişçi təşkilat olan Bakı Nəqliyyat Agentliyi qalib elan edilən təşkilatın qanuni təmsilçisinin atasının yüksək vəzifə tutduğu Nazirlər Kabinetinə tabeli qurumdur.
Digər maraqlı məqam isə keçirilən tenderdə Maliyyə və İqtisadiyyat nazirliklərinin nümayəndələrinin yuxarıda qeyd olunan məqama diqqət etməmələridir.

Qeyd edək ki, qanunvericiliyə görə tender predmeti bir milyon manatdan artıq olduqda Maliyyə və İqtisadiyyat nazirliklərinin nümayəndələri tender komissiyasının tərkibinə mütləq daxil edilməlidir.

Məsələ ilə əlaqədar BNA-dan münasibət öyrənməyə çalışsaq da, qarşı tərəf mövqe bildirmədi.




Paylaş:


Müəllif : Tarix:
11-08-2020, 08:30
  


loading...
Загрузка...