reklam
» » "İmkan varsa heç alış-veriş də etməyin..." - GİLEY

reklam

"İmkan varsa heç alış-veriş də etməyin..." - GİLEY


"Şikayətim "Araz" Supermarket şəbəkəsindəndir. Belə ki lotoreya keçirirdilər, 6 ədəd Kuleri bonus kartı ilə alan və saytda qeydiyyatdan keçərək qəbzin şəklini yükləyərək qeydiyyatdan keçən hər kəs lotoreyada iştirak haqqı qazanırdı. Mən də eynisini etdim". DİA.AZ bildirir ki, bunu Seymur Məmmədəli adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" adlı qrupda qeyd edib.

Daha sonra narazı vətəndaş yazır: "Lakin lotoreyanın keçirildiyi gün “Qeydiyyatdan keçənlər”in siyahısına baxdım mənim kartımın nömrəsi yox idi. Canlı yayımda qeyd elədim bu məsələni, mənim kimi bir çox şəxs də oxşar hal olduğunu bildirdi və qeydiyyat siyahısında adlarının olmadığını bildirdilər.

Açıq aşkar fırıldaqçılıqdır, başqa adı da yoxdur. Heç qalibləri belə hər hansı sistemlə yox, qabaqcadan yazılmış bir bölməyə keçid edərək göstərirdilər. Hər kəsə məsləhətim odur ki, onların bu cür saxtakar oyunlarına qoşulmasınlar. Hətta imkan varsa heç alış-veriş də etməyin. Bunlar Supermarket adına birbaşa ləkədirlər".



Paylaş:


Müəllif : Tarix:
8-08-2020, 09:21
  


loading...
Загрузка...