reklam
» » Sərsəng su anbarı ilə bağlı yeni TƏXRİBAT - Ermənilər Azərbaycanı susuz qoymaq istəyir

reklam

Sərsəng su anbarı ilə bağlı yeni TƏXRİBAT - Ermənilər Azərbaycanı susuz qoymaq istəyir

Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma Qarabağ rejimi növbəti ekoloji terror planlaşdırır.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma rejimin rəhbəri Araik Arutunyan işğal alktındakı rayonların rəhbərləri ilə birlikdə Sərsəng su anbarı ilə bağlı müşavirə keçirib.

Arutunyan işğal altındakı torpaqlarda əkin sahələrinin genişləndirilməsi və suvarılmasını təmin etmək üçün su anbarınının suyunun istiqamətinin dəyişdiriləcəyini elan edib.

Onun fikrincə, layihə icra olunsa bu Qarabağ üçün “əsrin proekt”i sayılacaq. O, layihənin icrası üçün onmilyonlarla dollar vəsaitə ehtiyac olduğunu söyləyib.

Xatırladaq ki, 1976-cı ildə Tərtər çayının üzərində inaş olunan Sərsəng su anbarı keçmiş Ağdərə rayonunu ərazisində yerləşir. Su anbarı Azərbaycanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edir. Anbarda suyun başqa məcraya yönəldilməsi Azərbaycan üçün ciddi ekoloji təhlükə mənbəyidir.


Paylaş:


Müəllif : Tarix:
6-08-2020, 15:04
  


loading...
Загрузка...