reklam
» » Zakir Qaralovla bağlı Kamran Əliyevə şikayət - Qardaşına cinayət işi açıldı

reklam

Zakir Qaralovla bağlı Kamran Əliyevə şikayət - Qardaşına cinayət işi açıldı


Azərbaycanın sabiq Baş Prokuroru Zakir Qaralovun qardaşı Tahir Qaralova cinayət işi açılıb.

Bu barədə Gununsesi.org məlumat yayıb.
Qeyd olunur ki, sabiq baş prokurorun Gürcüstan vətəndaşı olan qardaşı Tahir Qaralov bu ölkədə başqa bir şəxsi ölümlə təhdid etdiyinə görə barəsində cinayət işi başlanıb. Cinayət işinin açılmasına səbəb isə Gürcüstan vətəndaşı Emil Ocaqquliyevin Zakir Qaralov barəsində Azərbaycanın yeni Baş Prokuroru Kamran Əliyevə şikayət ərizəsi göndərməsi olub.

Faktı təsdiqləyən Emil Ocaqquliyev birdirib ki, Kamran Əliyevə şikayətindən sonra Zakir Qaralovun qardaşı onu təhdid edib, ölümlə hədələyib:

“Mən də buna görə Gürcüstanın hüquq mühafizə orqanlarına şikayət etdim. Artıq Tahir Qaralov barəsində cinayət işi başlanıb və dünən onun ilkin ifadəsi alınıb.”


Paylaş:


Müəllif : Tarix:
3-06-2020, 11:22
  


loading...
Загрузка...