reklam
» » MAHMUDOVLARIN SƏRVƏTİ DƏ İNGİLİSLƏRƏ QALACAQ - "Bütün Avropa ölkələrinə çıxardığı əmlaklar, pullar əllərindən alınacaq"

reklam

MAHMUDOVLARIN SƏRVƏTİ DƏ İNGİLİSLƏRƏ QALACAQ - "Bütün Avropa ölkələrinə çıxardığı əmlaklar, pullar əllərindən alınacaq"


Sabiq nazir və övladları bizneslərini iki əsr əvvəl yaşamış milyoner “babaları” Aslan Aşurovdan qalan sərvət hesabına qurduqlarını sübut edə bilmirlər...

İngiltərə istintaqçıları sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailəsinin bu ölkənin ərazisində təxminən 100 milyon avro - 200 milyon manata yaxın biznes qurduğunu ortaya çıxarması barədə xəbər vermişdik.

İstintaq Azərbaycanın keçmiş təhlükəsizlik rəhbərinin övladları tərəfindən “Harrods” yaxınlığında 17 milyon funt sterlinqlik bir ev, o cümlədən bir sıra lüks mülklər alındığını müəyyən edib. Bu haqda nüfuzlu “The Guardian” nəşri yazıb. Eldar Mahmudovun ailə üzvlərinə aid olan, Britaniya offşor adalarında gizlədilmiş nəhəng biznes və daşınmaz əmlak imperiyası nüfuzlu Qərb KİV-lərində müzakirə mövzusudur.

Araşdırmanı tam mətni "AzPolitika.info"da dərc olunduğundn təkrarlamaq istəmirik.

Ancaq qeyd edək k, araşdırma qrupu sabiq nazirin ailəsinin böyük həcmdə sərvətinin mənbəyi barədə sorğu verəndə ailənin hüquqşünası bildirib ki, Mahmudovlar bu biznesi 19-cu əsrdə yaşamış milyoner “babaları” Aslan Aşurovdan qalan sərvət hesabına, o cümlədən “ailənin gəlirlərindən qənaət edilmiş pullar” hesabına qurub. Lakin jurnalistlər Mahmudovlar ailəsinin Aşurovla qohumluq bağlarına dair heç bir məlumata rast gəlməyiblər. O cümlədən Eldar Mahmudovun 1990-cı illərdə hüquq-mühafizə orqanlarında vəzifə tutana qədər imkanlı şəxs olduğuna dair heç bir fakt aşkar edilməyib. Keçmiş nazirin atasının rəsmi bioqrafiyasında göstərilir ki, o, kəndli ailəsində anadan olub, E.Mahmudovun 1990-cı illərə aid olan bank bəyannamələrində isə pulları özünün qazandığını göstərib.

Hacı Aslan Aşurova gəlincə, onun barəsində tarixçi-publisist Ədalət Tahirzadənin “Aşurovlar nəslinin sənədli tarixi” adlı kitabında bəhs edilir. Orada göstərilir ki, Hacı Aslan Aşurov tacir olub, sonradan Bakıda neft yataqları alıb. Ticarətdə qazandığı uğurlara görə “1-ci dərəcə Gildiya Tacir” imtiyazına layiq görülüb. Həmin imtiyaz o dövrdə Aşurova bir sıra imtiyazlar qazandırırdı. Aşurovun Bakı şəhərində imarətləri, “Aşurov qardaşları” adlı ticarətxanası, neft yataqları, dükanları, dəyirmanları, mülkləri, Rusiyanın Saratov şəhərində torpaq sahələri və dəyirmanları olub. Habelə onun neft, şəkər və düyü daşıyan gəmilərin sahibi olduğu bildirilir. Aşurovlar nəslinin digər nümayəndəsi Ağa Aşurov isə Azərbaycan Xalq Cümhiryyətinin qurucularından biridir, ixtisasca mühəndis olub, cümhuriyyət hökumətində iqtisadiyyat naziri postunu tutub. Göründüyü kimi, Aşurovlar nəsli kifayət qədər nüfuzlu nəsildir və Eldar Mahmudovun ailəsi varidatlarının mənbəyini bu nəsillə əlaqələndirmək cəhdinə baş vurublar.

Amma məsələnin bu tərəfi də var ki, Eldar Mahmudovun sovet dövrü akademiki olan atası Əhməd Mahmudov Bakıda, milyonçu Aşurovun ailəsində yox, 1923-cü ildə Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində sadə kəndli ailəsində anadan olub.


Paylaş:


Müəllif : Tarix:
2-06-2020, 18:14
  


loading...
Загрузка...