reklam
» » “Mars Overseas Baku”dan ÖZBAŞINALIQ - GİLEY

reklam

“Mars Overseas Baku”dan ÖZBAŞINALIQ - GİLEY


“Mars Overseas Baku” LTD şirkətinin işçisi Tağıyeva Feyzulla pandemiya dövründə işdən çıxarılmasına görə şirkətdən şikayətçidir.
Regionxeberleri.com Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə sözügedən şəxs saytımıza müraciət edib.
Onun sözlərinə görə, heç bir xəbərdarlıq edilmədən mayın 19-u işdən kənarlaşdırılıb:
“Mənim əmək müqaviləm 18.02.2020/18.05.2020 tarixinə qədər idi. Mayın 19-u heç bir xəbərdarlıq edilmədən zəng etdilər ki, sabah ofisə yaxınlaş sənin müqavilə müddətin bitib. Bundan sonra səninlə işləməyəcik, “sakraşeniya” düşmüsən. Bu karantin müddətində satış və bölgə müdirinin göstərişi ilə heç bir xəbərdarlıq və vaxt tanımadan işdən azad etdilər”.
Şikayətçi eyni zamanda mayın 14-ü yeni müqavilə üçün çağırıldığını və gedib imza çəksə də müqavilənin yenilənmədiyini bildirdi.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə işəgötürənlərə xəbərdarlıq edərək, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verən, həmçinin karantin dövründə şəxslərin sərbəst hərəkətini təmin etmək məqsədi ilə “Əmək müqaviləsi bildirişi” altsisteminə yanlış məlumat daxil edən işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görüləcəyini bildirmişdi.


Paylaş:


Müəllif : Tarix:
30-05-2020, 11:09
  


loading...
Загрузка...