reklam
» » Başçısı həbs olunmuş rayonda tenderləri KİMLƏR UDURMUŞ? - İLGİNC SİYAHI

reklam

Başçısı həbs olunmuş rayonda tenderləri KİMLƏR UDURMUŞ? - İLGİNC SİYAHI

Hazırda həbsdə saxlanılan və Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı ilə qollarına qandal vurulan Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyevin rəhbərliyi dövründə yerli RİH-in kimlərə pul yedizdirdiyi DİA.AZ-ın araşdırmaları ilə ortaya çıxıb. Belə ki, 2019-cu ilin yanvar-dekabr aylarında Ağstafa rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 878 min 913 manat olan 24 tender keçirilib. DİA.AZ xatırladır ki, Nizaməddin Quliyev Ağstafa RİH-ə Goranboydan göndərilmişdi və keçən ilin aprel ayının 5-dən həmin vəzifəni tuturdu.

Regionxeberleri.com-un Dia.az-a istinadən  məlumatına görə, ən çox tender keçirən qurum Ağstafa Regional Mədəniyyət İdarəsidir. Mədəniyyət İdarəsi 11 tender keçirib. Tenderlərinin ümumi məbləği 416,4 min manatdır.

Ağstafa Rayon İcra Hakimiyyəti 2019-cu ildə ümumi məbləği 1 milyon manatdan çox tender keçirib. Qurumun ümumi məbləği 932,2 min manat olan 5 tenderini "Səma MM İnşaat" MMC qazanıb.

Rayon üzrə ən çox tender qazan "Səma MM İnşaat" MMC-dir. Şirkət ümumi məbləği 1 milyondan çox olan 6 tenderin qalibi olub.

Bundan başqa, "Ayzberq-M" MMC şirkəti Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsinin 226,2 min manatlıq tenderinin qalibi olub.

Rayonda Ağstafa rayon Gənclər və İdman İdarəsi, Ağstafa Suvarma Sistemləri İdarəsi və başqa qurumlar satınalmalar həyata keçiriblər.

Hər halda, bu faktların özü belə müvafiq dövlət qurumlarının diqqətini cəlb etməlidir. Ən azından növbəti yeyinti ifşası naminə...





Paylaş:


Müəllif : Tarix:
29-05-2020, 11:52
  


loading...
Загрузка...