reklam
» » Qaçaqmalçılıq edən qızıl alverçiləri hansı vəzifəli şəxsə rüşvət təklif edib? — ŞOK FAKTLAR

reklam

Qaçaqmalçılıq edən qızıl alverçiləri hansı vəzifəli şəxsə rüşvət təklif edib? — ŞOK FAKTLAR


Azərbaycandan İrana qaçaqmalçılıq yolu ilə külli miqdarda qızıl aparmaqda ittiham olunan Fəxrəddin Allahverdiyev, Ələkbər Rəhimov, Faiq Məmmədov, Elsevər Hüseynov və Elçin Seyidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Fəxrəddin Allahverdiyev 2016-cı ilin oktyabr-noyabr aylarında Azərbaycan Respublikası ərazisində qızıl məmulatlarının alqı-satqısı ilə məşğul olan Ələkbər Rəhimov, Faiq Məmmədov, Elsevər Hüseynov, eləcə də şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin “Qoşa təpə” gömrük postunun inspektoru vəzifəsində işləyən Elçin Seyidov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasından dəyəri külli miqdarda təşkil edən qızıl məmulatlarını və külçələrini əldə edib, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasına keçirilməsi barədə cinayət əlaqəsinə girib.

Daha sonra cinayətkar qrupun üzvləri Ələkbər Rəhimov, Faiq Məmmədov və Elsevər Hüseynov 18 dekabr 2016-cı il tarixə respublika daxili orta bazar ümumi pərakəndə satış qiyməti 119643 manat təşkil edən, ümumi çəkisi 2124,52 qram olan külli miqdarda qızıl külçələrini və qızıl məmulatlarını ayrı-ayrı vaxtlarda, Fəxrəddin Allahverdiyevə çatdırıb. Sonuncu da dekabrın 18-də, saat 10:30-da külli miqdarda qızıl külçələrini və qızıl məmulatlarını qarın nahiyəsinə bağlayıb, Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin “Qoşa təpə” gömrük postunun sərnişin ixrac xəttində olan keçid məntəqəsindən Elçin Seyidovun fəal köməkliyi ilə qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib.

Həmin tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Fəxrəddin Allahverdiyev saxlanılıb və üzərinə baxış keçirilən zaman qarın nahiyəsində gizlədilmiş qrup üzvlərinə məxsus külli miqdarda qızıl külçələri və qızıl məmulatları aşkar edilib.

Bundan başqa, təqsirləndirilən Ələkbər Rəhimov tanışları Faiq Məmmədov və Elsevər Hüseynov ilə cinayət əlaqəsinə girərək vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətin edilməsi müqabilində ona şəxsən birbaşa yolla rüşvət veriblər.

İstintaq orqanı tərəfindən Fəxrəddin Allahverdiyev Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək) maddəsi ilə, Ələkbər Rəhimov, Faiq Məmmədov, Elsevər Hüseynov Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddələri ilə, Elçin Seyidov isə Cinayət Məcəlləsinin 206.3.2, 206.3.3 (qaçaqmalçılıq, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) və 311.2-ci maddələri ilə ittiham ediliblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəxrəddin Allahverdiyev 5 il, Ələkbər Rəhimov 6 il, Faiq Məmmədov 6 il, Elsevər Hüüseynov 6 il, Elçin Seyidov 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan cəzaların yüngülləşdirilməsini xahiş ediblər.

Təqsirləndirilən şəxslərin şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İsmayıl Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Fəxrəddin Allahverdiyevin cəzası 3 il 4 ay 12 günə, Ələkbər Rəhimovun cəzası 3 il 9 ay, 27 günə, Faiq Məmmədovun cəzası 3 il 4 ay, 24 günə, Elsevər Hüseynovun cəzası 4 il 4 ay 12 günə endirilib.

Onların hər biri barəsində Cinayət Məcəlləsini 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. 2 il sınaq müddəti olmaqla onlara şərti cəza verilib. Şərti cəza alan məhkumlar məhkəmə zalından azadlığa buraxılıblar.

Hökm qalan hissədə dəyişdirilməyib.


Paylaş:


Müəllif : Tarix:
10-04-2020, 11:34
  


loading...
Загрузка...