reklam
» » Deputat Əhməd Əhmədzadədən nəyi xahiş etdi? - "...təşəkkür etmək ümidi ilə, gözləyək"

reklam

Deputat Əhməd Əhmədzadədən nəyi xahiş etdi? - "...təşəkkür etmək ümidi ilə, gözləyək"


Biləsuvar sakinlərinə yaxşı məlumdur ki, rayonun bir sıra kəndlərində suvarma ilə yanaşı içməli su da ciddi problemdir. Nə qədər sanitar-gigiyenik normalara zidd olsa da, rayonun bir neçə kəndində insanlar kanal suyu içirlər (əlbəttə, bütün rayon yox, bir neçə kənd) Dünən gecə aldığım məlumata görə, rayonun Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Təzəkənd kəndlərini “içməli” su ilə təmin edən həmin kanallarda da su tamami ilə qurumaq üzrədir.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Karantin rejiminin tətbiq olunduğu bir dövrdə su çatışmazlığı yolverilməzdir. Bu gün ilk iş kimi Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Əhməd Əhmədzadə ilə danışdım, o da problemin ən qısa zamanda həllinə söz verdi. Tez bir zamanda Əhməd müəllimə təşəkkür etmək ümidi ilə, gözləyək”-deyə, o, sözlərinə əlavə edib.


Paylaş:


Müəllif : Tarix:
25-03-2020, 09:30
  


loading...
Загрузка...