reklam
» » “Məmurlar ekzotika xatirinə kəndlilərin torpaqlarını əllərindən alırlar” - İTTİHAM

reklam

“Məmurlar ekzotika xatirinə kəndlilərin torpaqlarını əllərindən alırlar” - İTTİHAM


Yerli fermerlərin əksəriyyəti əhali tərəfindən daha çox istifadə olunan bitki və heyvanlar yetişdirirlər. Ancaq yeni istiqamətlər axtaran və bizim üçün ekzotik növlərin yetişdirilməsində özlərini sınamağa çalışanlar da var.

Belə ki, bir neçə il əvvəl Salyan rayonunda yeyilə bilən qurbağaların yetişdirilməsi üçün bir ferma ortaya çıxmışdı. Bölgələrin birində ixrac üçün ilbiz yığma biznesi fəaliyyətə başlamışdı.

Quşçuluq təsərrüfatının ekzotik növlərindən biri də dəvəquşuların yetişdirilməsidir. Bu yaxınlarda Şamaxıda ilk alpaqa (Cənubi Amerikada lama fəsiləsindən ev heyvanı – red) ferması peyda oldu. Paltar və yun şalları bu heyvanların yunundan hazırlamaq olar, ancaq təsərrüfat sahibləri turistlərin istəyinə daha çox maraq göstərirlər.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov AYNA-ya deyib ki, hər şeyi bazarın tələbatı müəyyənləşdirir: “Respublikada ehtiyac duyulan, lakin yetərli olmayan məhsullar populyar olacaq. Ekzotikaya gəldikdə isə, bunun üçün müştəri tələbatının olub-olmadığını anlamaq lazımdır. Bir tərəfdə söhbət dövlət satınalmalarından gedirsə, digər tərəfdə məhsulun harada satılacağını özümüzün axtarmağımız lazım gəlir. Sahibkar üçün başlıca sual budur: Açıq biznes gəlirli olacaqmı?”

“Bu gün ənənəvi kənd təsərrüfatı sektorlarının inkişafına böyük ehtiyac var. Azərbaycanda tələb olunan ətin yalnız 40%-i, istehlak olunan südün və yumurtanın isə 50%-i istehsal edilir. Heyvandarlıq və quşçuluğu inkişaf etdirmək üçün kifayət qədər yemə ehtiyacımız var, amma bunlar yoxdur. Bu məhsulun çoxunu, kərə yağını belə, xaricdən gətiririk. Dövlət kənd təsərrüfatında prioritetləri müəyyənləşdirməlidir. Hələ özünün qida təhlükəsizliyini təmin edə bilmir. Ən azı 80% özümüzü lazımi kənd təsərrüfatı məhsulları ilə təmin etməliyik”, - həmsöhbətimiz bildirib.

Yun əldə etmək üçün ekzotik heyvanların bəslənməsinə gəlincə, Məhərrəmov qeyd edib ki, həmin yunu satacaq yerimiz yoxdur: “Yun emalı üçün bir emal zavodu lazımdır və bunların hamısı sərmay tələb edir ki, onun ödəniləcəyi də sual altındadır. Digər məqam ondan ibarətdir, belə bir fermadan turistlərin ziyarət etməsi üçün bir obyekt şəklində istifadə etsəniz və ya bəlkə də sadəcə birinin hobbisi olaraq təşkil olunsa, buradan böyük qazanc götürmək mümkün deyil”.

“Çox vaxt məmurlar kənd təsərrüfatının ekzotik sahələri ilə məşğul olmağa qərar verirlər. Əgər belə bir qərar adi bir şəxs tərəfindən verilərsə, bunun üçün onlara bu işlə məşğul olmaq üçün sahə də verilməyə bilər. Yeri gəlmişkən, hazırda bəzi məmurların ərazilərini genişləndirdikləri üçün torpaq seçimi prosesi gedir. Üç il ərzində 400 min hektar ərazi seçilib. Xüsusilə, Şamaxıda əkinçilərin əlindən alınan 100 hektar sahəsi olan qoyun otlaqlarından da xəbərdaram. Torpaqları 10 il müddətinə icarəyə götürüblər və hələ bitirməyiblər. Hazırda həmin işlə bağlı mübahisə gedir və heç bir şeyi sübut edə bilmirlər. Onların razılıq müqaviləsini özlərinin gözləri qarşısında cırdılar. Belə bir vəziyyət yaranarsa, adi fermerlərin dövlət proqramlarında olmayan məhsullar üçün torpaq alması asan olmayacaq. Ancaq ümumilikdə ölkədə torpaq sahələri azdır, çünki Azərbaycan ərazilərinin 20%-i Ermənistanın işğalı altındadır və bizə tələb olunan məhsulu yetişdirmək lazımdır”, - ekspert vurğulayıb.

Onun fikrincə görə, Azərbaycanda ekzotik sahələrlə məşğul olmaq heç bir nəticə verməyəcək: "Ekzotik sahəyə maraq göstərənlər başa düşməlidirlər ki, satış bazarı daha çox başqa ölkələrdə axtarılmalıdır. Həm də beynəlxalq bazarda çox sayda rəqabət var. Ona görə riskləri nəzərə almaq lazımdır ki, yatırılan pul bata bilər. Fermerlərin kifayət qədər şəraitləri və təcrübələri yoxdur. Belə ki, ölkədə balıq yetişdirilir, lakin əksəriyyəti dəniz və ya çay balığı almağa üstünlük verir, çünki yetişdirilən məhsul saxlama şəraitinə görə özünəməxsus dada malikdir”.

V.Məhərrəmov Azərbaycanda bazar iqtisadiyyatının gənc olduğuna diqqət çəkib: “Kənd təsərrüfatında problemlər var və bunları həll etmək lazımdır ki, insanlar əvvəldən ölkədə etmədikləri nələrəsə görə beyinlərini qarışdırmasınlar. Hazırda bu sahədə təcrübə keçirmək üçün uyğun zaman deyil. Hələ də özümüzü ərzaqla təmin edə bilmirik, kənardan alırıq və pul xaricə axır. Belə çıxır ki, biz xarici fermerləri stimullaşdırırıq. Özümüzünkülərin istehsalını genişləndirmək və keyfiyyəti artırmaq üçün isə kifayət qədər vəsait yoxdur”.


Paylaş:


Müəllif : Tarix:
28-02-2020, 12:09
  


loading...
Загрузка...