reklam
» » Gömrük sistemində islahat qaçılmazdır... - GƏLİŞMƏ

reklam

Gömrük sistemində islahat qaçılmazdır... - GƏLİŞMƏ


"Vergilər Nazirliyinin özünün, habelə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşməsinin ardından əvvəllər barəsində ən çox danışılan bir məsələ - Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birləşdirilməsi ideyası gündəmdən çıxmış kimi görünsə də, əslində bu gün gömrük sistemində müşahidə olunan neqativlər və bu neqativlərin daha çox kadr işi keyfiyyətizliyindən ortaya çıxması səbəbləri yenidən qeyd olunan məsələni aktuallaşdırmış olur". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Səfər Mehdiyevin DGK rəhbərliyiniə təyinatının ardından gömrük sistemində baş verən bütün yeniləşmələrin birbaşa olaraq dövlətin siyasi iradəsinin təzühürü olduğunu nəzərə alsaq və diqqət yetirdikdə görmüş olsaq ki, əslində DGK rəhbərliyinin şəxsi istəyi və təşəbbüsü hesabına heç bir nailiyyət mövcud deyil, belə olan təqdirdə qəti şəkildə bildirə bilərik ki, əslində DGK rəhbərliyindəki dəyişiklik heç də "yuxarıların" etimadına uyğun olmadı və bu yenilənmə keyfiyyətcə kosmetik xarakter daşıdığından əlavə tədbir və müdaxilələri zəruri edir.

Nə baş verir? İlk olaraq DGK sistemindəki yenilənmələri gözdən keçirək. Səfər Mehdiyevin gəlişindən sonra müşahidə olunan kadr və iş prinsipi dəyişikliklərinin demək olar ki, heç biri bu gün gömrüklə əlaqədar zümrəni daha da çətin duruma salmış oldu. İstənilən bir sahibkarı danışdırsaq, görərik ki, ortada yalnız narazılıq var və hər bir sahibkar az qala əvvəlki prinsipləri daha məqbul hesab edir, nəinki Səfər Mehdiyevin "yeniliklərini". Bunun da səbəbləri var.

Normalda, kağız üzərində olan yeniliklər, iş prinsipi dəyişiklikləri həm dəvlət maraqları baxımından, həm də vətəndaş maraqları baxımından ən gözəl olanıdır. Sadəcə olaraq Səfər Mehdiyev elə bir yolu tutdu ki, yeniliklər belə köhnə keyfiyyətin qurbanı oldu. Yəni bunu elə gözləmək də olardı. Çünki köhnə təfəkkürlü heyətin öz şəxsi maraqlarından imtina edərək dövlətin maraqları naminə hansısa yeni prinsipləri əldə rəhbər tutacağını gözləm doğru olmazdı. Əgər onlar üçün dövlət və vətəndaş maraqları həqiqətən də ümdə idisə, bunu əvvəlki fəaliyyətlərində də nümayiş etdirməli idilər.

Lakin gömrük sistemindəki hazırki neqativləri müşahidə etdikdə görürük ki, Səfər Mehdiyev özündən əvvəlki inhisarçılığı dağıdaraq yerində özünə aid bir şəbəkəni formalaşdırıb və bunu yenilik kimi "yuxarılara" sırımağa çalışır. Təbii ki, bu şəkildə prosesin davamlı olacağı inandırıcı deyil. İnandırıcı olmayanı həm də DGK-ya dövlətin inamının sonsuzluğudur. Yəni nəhayətdə DGK-da baş verənlərə müdaxilə olacaq. Amma hu müdaxilənin erkən olması dövlətçiliyimiz baxımından vacibdir. Hər halda, ziyanın yarısından qayıtmağımız da faydalıdır...

DGK-nin artıq bir müstəqil qurum kimi fəaliyyət göstərməməsinə gəlincə isə, bu məsələ yuxarıda qeyd etdiyimiz kimi yenidən aktuallıq qazanıb. Və görünəni odur ki, yaxın zamanlarda dövlətin üst düzəyi DGK-nın da İqtisadiyyat Nazirliyinin bir xidməti kimi fəaliyyətinə qərar verəcək. Mikayıl Cabbarov artıq özünü sübut etmiş bir kadrdır və ən başlıcası, onun DÖVLƏTƏ SƏDAQƏT prinsiplərini hər şeydən üstün tutması burada həlledici faktır kimi çıxış edə bilər.

Ardı var..."

Yazıda iddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Paylaş:


Müəllif : Tarix:
25-02-2020, 11:17
  


loading...
Загрузка...