reklam
» » Tahir Kərimli ölümlə hədələnir: - “Mənə deyirlər ki..."

reklam

Tahir Kərimli ölümlə hədələnir: - “Mənə deyirlər ki..."


Fevralın 9-da keçirilən parlament seçkiləri ilə əlaqədar 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində səsvermənin nəticələrinə əsasən deputatlığa lider namizəd, Vəhdət Partiyasının sədri Tahir Kərimli təhdid olunur.

Regionxeberleri.com bildirir ki, bu barədə Pravda.az-a T.Kərimli özü məlumat verib.

Deputatlığa namizəd məsələ ilə bağlı Baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb: “87 saylı Ağsu-İsmayıllı seçki dairəsində deputatlıq namizədliyi qeydə alınmış şəxslərin sayı 36 idi. Amma onların 20-si namizədliyini geri götürdü. Hazırda 16 namizəd deputatlıq uğrunda mübarizə aparır, onlardan 6-sı səsvermənin nəticələrindən şikayətçidir. Ən ideal seçkilər bəlkə də Ağsu rayonunda keçirildi. Müşahidə edirik ki, digər seçki dairələrindən də şikayətlər var, şikayətçilərin əllərində müəyyən materiallar mövcuddur. Diqqət edin, görün, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən şikayət edənlərin əllərində hər hansı protokol, video-fakt var? Heç bir faktları yoxdur, şikayətləri ümumi xarakter daşıyır. Prezident İlham Əliyev çağırış etdi ki, gəncələr seçkilərdə aktiv iştirak etsinlər, amma bunlar səhv başa düşdülər. Müraciət o gəncələrə idi ki, o insanlar deputatlıq fəaliyyətinin nədən ibarət olduğunu bilir. Deputatlar seçicilərin hüquqlarını müdafiə edir, qanunvericiliklə məşğul olurlar. Deputatlıq elə çıxışlardan ibarət deyil ki? Elə bilirlər, deputatlıq Milli Məclisdə çıxış etməkdən ibarətdir. Bu, ciddi işdir. Məndən narazı olan deputatlığa namizədlərdən biri – Vüsal İmanov iki dəfə xuliqanlığa və odlu silah gəzdirməyə görə məhkum olunub. Bu şəxs deputat seçilirsə, Milli Məclisin aqibəti necə olar? Hər yoldan ötənin deputatlığa iddia etməsi yolverilməzdir. Təsəvvür edin, bu namizəd necə mübarizə aparır, məni və tərəfdarlarımı ölümlə hədələyir. Vüsal İmanov “Facebook” və “İnstagram” sosial şəbəkələrindəki hesablarında bildirir ki, Tahir Kərimlini Ağsu aşırımından atacağam, tərəfdarlarını aşağılayacağam. Bu, cinayətdir. Deputatlığa namizəd Ağasən Hüseynovun 71 yaşı var. Etdiyi müraciət formasını haradansa köçürüb, yazır ki, “gənc” mütəxəssis olaraq müraciət edir. Sənin 71 yaşın var, gənc necə sayıla bilərsən? Belə qeyri-ciddi adamlar necə deputatlıq uğrunda mübarizə apara bilər? Həmin namizədlər 10 seçicini toplayıb bir dəfə də görüş keçirə bilməyiblər... Hamı bilir ki, Tahir Kərimlinin hər hansı qanun pozuntusu törədilməsinə ehtiyacı olmayıb. Keçmişim, millət üçün gördüyüm işlər, parlamentdəki çıxışlarım... Bütün bunları xalq bilir. Bizim gördüyümüz işlərin müqabilində bunlar nə iş görüblər? Deputatlıq xeyir-şər evi tikmək deyil? Bunlar niyə belə yanlışlığa yol verirlər...”


Paylaş:


Müəllif : Tarix:
17-02-2020, 13:10
  


loading...
Загрузка...