reklam
» » "İsgəndər Həmidov koma vəziyyətindədir" - AÇIQLAMA

reklam

"İsgəndər Həmidov koma vəziyyətindədir" - AÇIQLAMA


"İstiqlalçı millət vəkili, sabiq daxili işlər naziri, general İsgəndər Həmidovun vəziyyəti stabil ağır olaraq qalır".
Bu sözləri həkim Adil Qeybulla İsgəndər Həmidovun sağlıq durumu barədə dnışarkən bildirib. O, daha sonra bunları əlavə edib:
"Dünən "City Hospital"ın və qardaş Türkiyəmizdən olan həkimlərin birgə konsiliumu keçirildi. Hemodinamik göstəricilərinin (qan təzyiqi, nəbz), tənəffüs sayının, qan saturasiyasının (oksigen təminatının) stabilləşməsini, xəstənin ağrı və səs qıcıqlarına zəif reaksiyasını, baş beynin növbəti tomoqrafiyası zamanı ödemin azalma tendensiyasını nəzərə alaraq, xəstəyə traxeostomiya qoyulması qərara alındı və uğurla icra edildi. Hal-hazırda vəziyyəti stabil ağır olaraq qalır, koma vəziyyətindədir, hemodinamik göstəricilərini inotrop dəstəksiz (dərman preparatlarının köməyi olmadan) saxlaya bilir. Xəstə zondla qidalandırılır".


Paylaş:


Müəllif : Tarix:
16-02-2020, 15:58
  


loading...
Загрузка...