reklam
» » "Abituriyent" jurnalı ilə piratçıların məhkəmə çəkişməsi başa çatdı - bəraət hökmü çıxarıldı

reklam

"Abituriyent" jurnalı ilə piratçıların məhkəmə çəkişməsi başa çatdı - bəraət hökmü çıxarıldı


Ölkəyə qanunsuz pirat dərs vəsaitləri gətirməkdə təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Şirzad Abdullayev və Faiq Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən hər iki şəxs barəsində bəraət hökmü çıxarılıb və onlar məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Şahmar Abdullayevin rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindən Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalı redaksiyasının və digər nəşriyyat qurumlarının əmtəə nişanlarından qanunsuz istifadə edilib.

Belə ki, orijinal kitabların nümunələrindən keyfiyyətinə görə fərqlənən külli miqdarda pirat dərs vəsaitləri və test toplularının müxtəlif vaxtlarda Türkiyədə nəşr olunaraq Azərbaycana gətirilib.

Bundan başqa, həmin vəsaitlər gömrük nəzarətindən düzgün bəyan etməməklə keçirilib və respublika ərazisində satışa çıxarılıb.

Bu əməllərinə görə dəstə üzvləri Şahmar Abdullayevə, Ş.Abdullayevə, F.Məmmədova, Xanlar Qocayevə, Fəzail Qocayevə, Musurza Aslanova və Səfər Dünyamalıyevə Cinayət Məcəlləsinin 197.2 (külli miqdarda ziyan vurmaqla əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.4-cü (qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı şəhərinin müxtəlif ünvanlarında keçirilən əməliyyat-istintaq tədbirləri zamanı 510 min manat dəyərində pirat dərs vəsaitləri və test topluları aşkar edilərək götürülüb.

M.Aslanov, S.Dünyamalıyev, Ş.Abdullayev, F.Qocayev və X. Qocayevin cinayət işi ayrıca icraata ayrılıb, daha əvvəl Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Elan olunmuş ittihamla təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.


Paylaş:


Müəllif : Tarix:
23-01-2020, 15:55
  


loading...
Загрузка...