reklam
» » Rusiyada meyiti tapılan Səlimlə bağlı YENİ XƏBƏR: “Prokurorun sanksiyasını gözləyirik”

reklam

Rusiyada meyiti tapılan Səlimlə bağlı YENİ XƏBƏR: “Prokurorun sanksiyasını gözləyirik”


Moskvada kimsəsizlər qəbiristanlığında dəfn edilən Hacalıyev Səlim Akif oğlu ilə bağlı yeni xəbər var.

Rusiya Federasiyasının Kirov Vilayətindən Rusiya İctimai Palatasının üzvü Elnur Hüseynovun Lent.az -a verdiyi məlumata görə, artıq Səlimin yaxın qohumu onun anasının verdiyi etibarnamə ilə Moskvaya gəlib.

“Bizim hüquqşünaslar ona dəstək olacaqlar. Hazırda eksqumasiya ilə ilə bağlı proseslər gedir. Prokurorun müvafiq sanksiyasını gözləyirik. Sanksiya verilən kimi meyitin eksqumasiyası baş tutacaq və onun nəşi Bakıya göndəriləcək”.

Elnur bəyin dediyinə görə, meyit “200 nömrəli yük” kimi sənədləşdirildiyindən, bu da bir qədər vaxt apara bilər. Amma bütün bunlara baxmayaraq nəşin göndərilməsində heç bir problem yoxdur. “Diaspora lazımi vəsaitlə bu məsələləri həll edəcək”.

Hüseynov bəzi telekanallardan və portallardan da narazılığını bildirdi. Onun dediyinə görə, bəzi KİV-də Səlimin anasının guya oğlundan imtina etdiyi barədə lüzumsuz xəbərlər gedib. Sensasiya və reytinq naminə əsası olmayan informasiyalar yayırlar.

“Bu, qətiyyən elə deyil. Anası vaxtsız dünyadan getmiş oğlunun faciəli vəfatından hələ də özünə gəlməyib. Gözünün yaşı qurumur, oğlunun heç olmasa cansız bədəninin Azərbaycanda dəfn edilməsini istəyir. Biz də maksimumu bu işi tezləşdirməyə çalışacağıq”, deyə o bildirib.


Paylaş:


Müəllif : Tarix:
15-01-2020, 16:24
  


loading...
Загрузка...